SON XƏBƏRLƏR

“İran, Qərb ölkələri ilə münaqişəsində Agentliyi girov kimi istifadə edir”- Rafael Qrossi

2024.01.19, 11:28
“İran, Qərb ölkələri ilə münaqişəsində Agentliyi girov kimi istifadə edir”- Rafael Qrossi

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş katibi Qrossi İranın Agentliklə əməkdaşlığını misli görünməmiş az həddə çatdırdığını deyib.

Gunaz.tv

O, Davos İqtisadi Forumunmda iştirakı zamanı Fransa xəbər agentliyinə müsahibəsində “Agentliyin İranda fəaliyyətinin davam etdiyini, lakin ən aşağı səviyyədə olduğunu” vurğulayıb.

“Vəziyyət çox üzücüdü. Onlar əməkdaşlıqlarını misli görünməmiş az həddə endiriblər. Misal üçün, müfəttişlərmizin səlahiyyətlərini milli mənsubiyyətlərinə görə təsdiqləmirlər. 

Bu işlər bizi cəzalandırmaq üçün edilir. Fransa, Britaniya və ABŞ nəyinsə barəsində İranla razılaşmayanda onlar (İran) bizə dəxli olmayan digərləri ilə siyasi münaqişlərini həll etmək üçün Agentliyi girov kimi istifadə edirlər” -deyə baş katib qeyd edib.

“İranın nüvə proqramının işi üzrə irəliləyiş müşahidə olunmur. Vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün danışıqlar davam etdirilməlidir”, - Qrossi bildirib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar