SON XƏBƏRLƏR

İran mart ayında Nüvə Silahının Tərk edilməsi Toplantısının sədrliyinə keçəcək

2024.01.20, 11:45
İran mart ayında Nüvə Silahının Tərk edilməsi Toplantısının sədrliyinə keçəcək

BMT-yə bağlı Nüvə Silahının Tərk edilməsi Toplantısı yanvarın 23-ü başlayacaq növbəti sədrinin İran olacağı bildirilib.

Gunaz.tv

Toplantının fəaliyyəti bir neçə ay davam edərək, İran mart və may aylarında hər dəfə 2 həftə müddətinə qurumun sədriliyinə keçəcək. 

İranın həmin müddətlərdə sədrliyə keçəcəyi barədə BMT-nın hərəkəti təndiqlərə səbəb olub. 

BMT-nin Fəaliyyətlərinə Nəzarət Qurumunun icra müdiri Hilel Nevir bu barədə mövqe bildirib.

“Nüvə Silahının Tərk edilməsi Toplantısına İranın timsalında ayətulla Xaməneyinin sədrliyi qoyunu qurda tapşırmaq kimidir.”-deyə beynəlxalq səviyyəli vəkil Hilel Nevir vurğulayıb.

Xatırladaq ki, 65 ölkə bir neçə ay keçirilən toplantının üzvüdür. Hər dəfə cəmi 4 həftə olmaqla tolantının sədrliyi növbəti olaraq İran, İsrail, Hindistan, İndoneziya, İraq və İrlandianın sədrliyi ilə keçirilir.

Taymaz
.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar