SON XƏBƏRLƏR

Ukrayna Rusiyanın  strateji obyektini vurdu

2024.01.22, 11:16
Ukrayna Rusiyanın  strateji obyektini vurdu

Ukrayna tərəfi Rusiyanın iki strateji obyektinə pilotsuz təyyarələrdən istifadə etməklə zərbələr endirib

Gunaz.tv

Ukrayna pilotsuz təyyarələrinin hücumuna məruz qalan Rusiyanın ən böyük neft terminallarından biri  olan Leninqrad vilayətindəki Ust-Luga Oil işini dayandırıb.Bu terminal Rusiya Federasiyasında ən yeni və ən vacib terminallardan biridir. O, ixrac üçün işləyir, həm də rus qoşunlarını yanacaqla təmin edir.

Rusiyanın ən böyük müstəqil təbii qaz şirkəti Novatekin  Baltik dənizi sahilindəki Ust-Luqada yerləşən obyektinə iki pilotsuz təyyarə ilə hüçum edilib.Zavod yanğın nəticəsində işini dayandırıb 

Ukraynanın bu hücumu Rusiya Federasiyasına təkcə əhəmiyyətli  dərəcə maddi deyil, həm də imicinə ziyan vurdu. Rusiyanın təriflənmiş Hava hücumundan  müdafiəsi öz sızıntısını nümayiş etdirdi. Ruslar arxa cəbhəni qorumaq üçün cəbhədən daha da çox hava hücumundan müdafiə sistemi köçürməyə məcburdurlar.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar