SON XƏBƏRLƏR

bu çətin dövr bir gün başa çatacaq

2021.10.20, 07:36
bu çətin dövr bir gün başa çatacaq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, “Biz hesab edirik ki, səslər əvvəlcədən paylanmışdı. Cənablar xalqı inandırmağa çalışırdılar ki, Əhmədinejad seçkidə 25 milyon səs qazanıb, mən isə 330 min”. Bu sözləri Bu il İranda keçirilən prezident seçkisində əsas namizədlərdən olmuş Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi noyabrın 1-də İran tələbələrinin ən böyük təşkilatı sayılan Vəhdəti Möhkəmləndirən Qurumun üzvləri ilə görüşdə deyib. o prezident seçkisindəki saxtakarlıqlara toxunaraq vətəndaşları hökumətə qarşı mübarizədə daha fəal olmağa çağırıb. Mehdi Kərrubi sözlərini belə dəvam edib: Yadıma gəlir ki, seçkidən əvvəlki istibdad dövründə bəzi partiya və cərəyanlar mövcud vəziyyətlə bağlı ümidsizliyə qapılmışdılar. Lakin o istibdad dövrü seçkidən sonra başa çatdı. İndiki hökumət təzyiq üsulları ilə qanunun onun çiyinlərinə qoyduğu öhdəlikləri yerinə yetirməkdə acizdir. Lakin hakimiyyət və onun başında duran rəsmilər istər-istəməz sonda xalqın tələbləri qarşısında boyun əyməli olacaqlar. Mehdi Kərrubi bu çətin dövrün bir gün başa çatacağını vurqulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar