SON XƏBƏRLƏR

əl-Baradeyi Tehranı təkliflərə ləngimədən cavab verməyə çağırıb

2021.10.20, 07:36
əl-Baradeyi Tehranı təkliflərə ləngimədən cavab verməyə çağırıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Beynəlxal Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd əl-Baradeyi Tehranı təkliflərə ləngimədən cavab verməyə çağırıb. Bu təkliflər ilk növbədə İran uranının digər ölkələrin müəəssisələrindən zənginləşdirilməsi və İrana atom elektrik stansiyası yanacağı şəklində qaytarılmasına aiddir. ABŞ-ın dövlət katibi Hillari Klinton isə bəyan edib ki, İran həlledici seçim qarşısındadır. Onun sözlərinə görə, əgər İran beynəlxalq təklifləri qəbul etsə, beynəlxalq təcridi istəmədiyini və əməkdaşlığa hazır olduğunu göstərəcək. Qeyd edək ki dünyanın aparıcı ölkələri BMT-nin planını qəbul etdirmək üçün İrana qarşı təzyiqləri artırır. Bu planların qəbulu İranın nüvə proqramı ətrafında şübhələri aradan qaldırmalıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar