SON XƏBƏRLƏR

İranda siyasi məhbus qadınlar etiraz aksiyası keçirəcək

2024.01.24, 12:06
İranda siyasi məhbus qadınlar etiraz aksiyası keçirəcək

Tehranın Evin həbsxanasında saxlanılan 61 siyasi qadın məhbus yanvarın 25-dən aclıq aksiyası keçirəcəklər.

Gunaz.tv

Bu barədə güneyli siyasi məhbus və Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədi adına fəaliyyət göstərən "instagram" səhifəsində məlumat verilib.

Aclıq aksiyasının 2022-ci ilin sentyabr ayında etiraz aksiyasında saxlanılan Məhəmməd Qubadlınun dünən edam edilməsinə etiraz məqsədilə keçiriləcəyi bildirilib.

Bununla yanaşı, bildirilib ki, qadın məhbuslar aclıq aksiyasına əl atmaqla, İran hökumətinin edam hökmlərini dayandırmasını tələb edir, beynəlxalq ictimaiyyətin bu məsələyə diqqətini cəlb etmək istəyirlər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar