SON XƏBƏRLƏR

İranın Britaniyada apardığı antisemitizm hərəkətləri barədə tədqiqat başlanıb

2024.01.24, 12:50
İranın Britaniyada apardığı antisemitizm hərəkətləri barədə tədqiqat başlanıb

Britaniya və Uelsdə Xeyriyyəçilik Müəssisələrinə Nəzarət Komissiyası “Əl-Tövhid” Xeyriyyə Müəssisəsi tərəfindən antisemitizmın rəvac verilməsi barədə tədqiqata başlayb.

Gunaz.tv

Həmin müəssisə İrana bağlı London şəhəri “Tövhid” Ocağının fəaliyyətlərini idarə edir.

BBC XA “Tövhid” Ocağında səsləndirilən “İsrailə ölüm!” şüarları və Əmmar Qərargahının Mərkəzi Şurasının üzvü Hüseyn Yekta ilə keçirdiyi Online iclas barədə məlumat yayıb.

Əmmar İslami Qərargahı Tehranda yerləşməklə İranın siyasi və mədəniyyət təşkilatlarından biri hesab olunur. SEPAH təşkilatın ona bağlı olduğunu dolayısı ilə təsdiqləyib.

Hüseyn Yekta 2020-ci ilin sentyabrında keçirilmiş iclas zamanı ingiltərəli tələbələrdən “atəşsiz müharibə zabitləri” olmalarını istəyib.

O, çıxış edərkən Holokost Soy Qırımını danaraq yəhudilərin bütün dünyada məhv olunmalarını istəyib.

Komissiyanın sübut sənədləri sırasında SEPAH-ın keçmiş komandiri Səid Qasiminin də çıxışı müşahidə olunur. 

Qasimi 2021-ci ilin yanvarında Britaniyanın İslami Tələbələrinin Assosiasiyası üçün çıxışı zamanı yəhudilərin sonuna çıxmaq üçün Qiyamət Günü döyüşünün başlanacağını qeyd edib.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar