SON XƏBƏRLƏR

Husilər İranın qabaqcıl silahları ilə təchiz olunur

2024.01.24, 14:55
Husilər İranın qabaqcıl silahları ilə təchiz olunur

“Val Strit Jurnal” qəzetinin məlumatına istinadən husilərin İran tərəfindən müasir silahlarla  təchiz edilməsi davam edir.

Gunaz.tv

Qəzetin yazdığına əsasən ABŞ-nin rəhbərliyində olan Koalisiyanın husiləri vurmalarına rəğmən, İranın hərbi texnologiyası və məsləhətçiləri onların gücünü artırır.

“Tehran husilərin istifadəsinə qabaqcıl cihazlar olaraq  PUA-lara parazit sistemi, uzaqmənzilli və Kryuz raketləri verib. 

Həmçinin gəmilərə həmlələrin planlaşdırılması və icrasında husilərə  köməklik məqsədi ilə İran və Livanın Hizbullahı tərəfindən Yəmənə məsləhətçilər göndərilib.”-deyə qəzetin yaydığı xəbərdə qeyd olunub. 

Qəzet husilərin təchiz edilməsi və təlimləri üzrə baş fiqur kimi SEPAH-ın komandirlərindən biri və Yəməndə İranın fəaliyyətlərinə başçılıq edən Əbdülrza Şahlayinin adını çəkib. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar