SON XƏBƏRLƏR

Azərbaycanlı və erməni ekspertləri Moskvada bir araya gəldilər

2021.10.20, 07:36
Azərbaycanlı və erməni ekspertləri Moskvada bir araya gəldilər

Gunaz.tv
dünən Moskvada Azərbaycan, Ermənistan və Rusiyadan olan siyasi ekspertlər Qarabağ münaqişəsini müzakirə ediblər. Bu Moskvada son günlər ərzində Azərbaycan və Ermənistan nümayəndələrini bir araya gətirən artıq üçüncü tədbirdir. İlk əvvəl parlament nümayəndələri, daha sonra isə aparıcı mətbuat orqanlarının rəhbərləri Moskvada görüşmüşdülər. Politoloqların bugünkü görüşündə birbaşa Qarabağ münaqişəsiylə yanaşı bu işdə Rusiyanın da rolu müzakirə edilib. Moskvadakı bugünkü dəyirmi masada Qarabağ münaqişəsinin nizamlanma prosesində hazırkı məqamda yaranan yeni nüanslara xüsusi diqqət verilib. Rusiyalı politoloq Serqey Markedonov təxminən 1 il əvvəl Qafqazlarda yeni status-kvonun formalaşmasının başlamasını bildirərək qeyd edib ki, Qarabağ danışıqları indi yeni mühitdə gedir: "Ötən il Qafqazlarda yeni status-kvo formalaşmağa başlayıb. Rusiya qismən revizionist ölkə kimi çıxış edərək Abxaziya və Cənubi Osetiyanı tanıyıb. SSRİ dağıldıqdan sonra müttəfiq respublikalar arasında sərhədlərin dövlət sərhədləri olması prinsipi dağıdılıb. İkinci məqam Türkiyə - Ermənistan yaxınlaşmasıdır. Bütün bu hadisələr ən az nizamlanmış Qarabağ münaqişəsini ortaq fokusa qoyub", deyib cənab Markedonov. Ekspertə görə, indi böyük dövlətlər nizamlamna işində fəallıq göstərməyə çalışırlar, Rusiya ötən ilki Moskva bəyannaməsiylə göstərib ki, o öz revizionist yanaşmasını Qarabağa şamil etmək istəmir. Digər dünya qüvvələri də problemə diqqətini artırıblar. Düzdür, görüş iştirakçılarının heç də hamısı Rusiyanın nizamlanmaya böyük istəklə yanaşdığını düşünmürlər. Məsələn, səslənən fkirlərdən biri də o idi ki Moskva qətiyyən hazırkı durumun dəyişməsini istəmir, beləki, indiki vəziyyət Qarabağdan bir nüfuz aləti kimi istifadə etmək imkanı verir. Rusiyalı politoloq Serqey Kurqinyana görə isə, Rusiyanın Qarabağla bağlı yanaşması belə olacaq: "Rusiya artıq heç zaman heç kimin maraqları üçün heçnə etməyəcək. Onun tərəflərə dediyi bu olacaq, siz təklif edin, qiymətinizi deyin, biz isə fikirləşək qiymət realdır, yoxsa üçqat artırılıb. Heç bir ritorika, heç bir konyuktur olmayacaq. Tamamilə soyuq yanaşma. Təklif olunan aktivlər həm maddi ola bilər, həm ideoloji", deyir cənab Kurqinyan. Bu arada Ermənistanlı politoloq Aleksandr İskandaryana görə, münaqişənin nizamlanması prosesi istənilən halda davam etdirilməlidir: "Məndə hesab edirəm ki, Qarabağ münaqişəsini hazırda nizamlamaq mümkün deyil. Ancaq nizamlanma bir prosesdir və müsbət prosesdir. Siyasi danışıqlar kanalına malik münaqişələrdə vəziyyət belə kanalın olmadığı münaqişələrə nisbətən yaxşıdır", deyir cənab İskandaryan. Tanınmış moskvalı şərhçi Heydər Camal öz növbəsində hazırkı nizamlanma və danışıqlar prosesinə yanaşmasını belə açıb: "Hazırkı vəziyyətin, status-kvonun saxlanılması birtərəfli şəkildə Ermənistanın xeyrinədir. Danışıqların davam etdirilməsi haqda söz söhbətlər, işin uzadılması ancaq bir tərəfin xeyrinədir", deyib Heydər Camal. Dəyirmi masadakı bir sıra ermənistanlı və rusiyalı politoloqların zənnincə, Qarabağ danışıqlarını səmərəli etmək üçün nizamlanma işinə Qarabağ ermənilərini cəlb etmək lazımdır. Səslənən fikirlərə görə, Qarabağdakı ermənilər fakt etibatıyla artıq çoxdan tərəfdir və nizamlanma onların iştirakı və razılığı olmadan faktiki mümkün deyil. Azərbaycandan olan ekspert Rasim Musabəyov bu məqama öz mövqeyini belə açıb: "Azərbaycan heç zaman Dağlıq Qarabağla danışıqlardan imtina etməyib. Ancaq Azərbaycan ərazilərini Ermənistan silahlı qüvvələri işğalda saxlayır. Separatçıların özlərinin ciddi silahlı qüvvələri yoxdur. Cənubi Osetiyadakı hadisələr göstərdi ki, Rusiya qoşunları olmadan osetin qüvvələri Gürcüstan qüvvələri qarşısında açız idilər. Bu baxımdan hazırda danışıqlar da real qüvvəylə birbaşa Ermənistanın özüylə gedir", deyib cənab Müsabəyov. Bugünkü dəyirmi masada fikirlər bəzən daban dabana zidd idi, bəzən çıxışlar kifayət qədər emosional və yuxarı tonlarda idi. Bununla belə faktiki hamının razılaşdığı məqam ondan ibarət idi ki, arasıra belə görüşlər lazımdır. Düzdür, politoloqların özlərinin zənnincə, heç kim illyuzalara malik deyil, Qarabağ münaqişəsi nə ekspertlər, nə vətəndaş cəmiyyəti, nə də mətbuat səviyyəsində həll oluna bilməz, ilk əvvəl siyasi rəhbərlik razılığa gəlməlidir. Daha sonra isə, əhaliyə əldə olunmuş razılıqları, necə deyərlər, həzm etdirmək üçün vətəndaş cəmiyyəti, xalq diplomatiyası geniş istifadə oluna bilər.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar