SON XƏBƏRLƏR

Güney Azərbaycanlı Şair zindandan azad olunub

2021.10.20, 07:36
Güney Azərbaycanlı Şair zindandan azad olunub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanlı Şair cənab Məhbub Budaqi bir həftə öncə Zəngan Şəhərinin Zərrinabad rayonunda saxlanıldığı həbsxanadan azad olunub. Aldığımız məlumata görə, Azərbaycanlı şair 70 gün həbs olduqdan sonra 20 min dollarlıq mülki vəsiqə girov qarşılığında azadlığa buraxılıb. Adını çəkdiyimiz Azərbaycanlı şairin ittihamı Sistemin və Dini Liderin əleyhinə düzənlənən qrupun yaradılmasında iştirak etməsidir. Buna sübut kimi başqa bir müttəhimin işgəncə altında verdiyi etiraf, şairin şeirləri və 2003-cü ildə Babək qalası mərasimində iştirak etməsi göstərilir. Qeyd edək ki 70 gün həbsdə saxlanılan məhbus həbsdə olan müddətdə öz ailəsi və vəkili ilə görüş hüququndan məhrum olub. Adını çəkdiyimiz milli-mədəni fəalın birinci məhkəmə iclası 17 gün sonra noyabr ayının 19-da Təbriz şəhərinin İnqilab Məhkəməsində keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar