SON XƏBƏRLƏR

Görkəmli alim Əkrəm Rəhimlinin “Mübarizə burulğanlarında keçən ömür - Seyid Cəfər Pişəvəri” adlı kitabı nəşr olunub

2021.10.20, 07:36
Görkəmli alim Əkrəm Rəhimlinin “Mübarizə burulğanlarında keçən ömür - Seyid Cəfər Pişəvəri” adlı kitabı nəşr olunub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Əkrəm Rəhimlinin “Mübarizə burulğanlarında keçən ömür - Seyid Cəfər Pişəvəri” adlı kitabı nəşr olunub. Kitabda İranın və Güney Azərbaycanın tanınmış mütəfəkkir-ziyalısı, inqilabçı-demokrat Seyid Cəfər Pişəvərinin həyatından və mübarizəsindən bəhs olunur. Çoxsaylı mənbələr və sənədlər əsasında S.C.Pişəvərinin 55 illik həyatının çalarları, Güneydəki milli-demokratik hərəkatda onun xidmətləri və rolu, Milli Hökumətin süqutundan sonra həyatının son günləri tədqiq və təhlil olunur. Müəllif tədqiqatında mövzuya aid materialları toplamaq üçün ilk mənbələrdən, S.C.Pişəvərinin yazılarından, deyim və xatirələrindən, rəsmi firqə sənədlərindən, S.C.Pişəvəriyə aid istintaq materiallarından, Pişəvəri ilə çiyin-çiyinə işləmiş və onunla mübarizə və məslək yoldaşı olmuş insanların xatirələrindən, olayların canlı şahidi və iştirakçısı olmuş insanların etiraflarından, Dövlət Arxivində və Firqə saxlancındakı bəzi sənəd və faktlardan faydalanmağa çalışıb. Kitabda S.C.Pişəvərinin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən, mübarizə meydanında olduğu məqamlardan, zindan divarları arasındakı keçirdiyi günlərdən bəhs edilir. Burada Pişəvəri ilə bağlı müxtəlif sənədlər, müraciətlər, məktublar, zindan dəftərlərindən xatirələr təqdim edilir, tanınmış ziyalıların onun barəsində xatirələri çatdırılır. Lent.az

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar