SON XƏBƏRLƏR

Türkiyədə iki önəmli partiya (DP və ANAP) birləşir

2021.10.20, 07:36
Türkiyədə iki önəmli partiya (DP və ANAP) birləşir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İki partiyanın birləşməsinə dair qərarın qəbul edildiyi salonda Türkiyə və Azərbaycan bayraqları yan-yana dalğalandı. BBC-dən aldığımız məlumata əsasən, Türkiyədə ötən əsrin sonunda bütün bölgə siyasətinə damğasını vuran iki siyasi partiya – Demokrat Partiyası ilə Ana Vətən Partiyasının birləşməsi böyük əks-səda doğurub. İcmalçılar bu birləşmənin Türk siyasətindəki qüvvələr nisbətinə ciddi təsir edəcəyini və hakimiyyətə yeni güclü opponent olacağını proqnozlaşdırırlar. Mərkəz sağda birləşmə qərarının qəbul edildiyi qurultay Türkiyə və Azərbaycanın qoşa dalğalanan bayraqları altında keçirilib. Müşahidəçilər salonda Azərbaycan bayrağının da dalğalanmasını əslində Türk siyasətində ciddi bir qüvvə olmağa hazırlaşan partiyanın mövcud iqtidarın Ermənistan siyasətinə etirazını nümayiş etdriyini bildirirlər. Türkiyədə yaxın tarixin 2 nəhəng siyasətçisi kimi qiymətləndirilən ölkənin 8-ci prezidenti Turqut Özal və 9-cu prezident Süleyman Dəmirəlin yaratdıqların Ana Vətən və Demokrat Partiyalarının birləşməsinə dair dünən qəbul edilən qərar siyasi dairələrdə mühüm hadisə kimi qiymətləndirilir. Bu gün Türkiyənin aparıcı qəzetləri bu hadisəni “ Mərkəz sağda yeni dövr ”, “Demokratiya naminə birlik” kimi sərlövhələrlə ictimaiyyətə çatdırıblar. Demokrat Partiyası Süleyman Dəmirəlin ötən əsrin ortalarında yaratdığı Ədalət Partiyası və Doğru Yol Partiyasının ideoloji davamı hesab edilir. Ötən əsrin sonu Türk siyasətindəki proseslər bu siyasi qüvvə ilə 1983-cü ildə Turqut Özal tərəfindən təsis edilən Ana Vətən Partiyası arasındakı kəskin rəqabətlə müşahidə edilirdi. Ədalət və İnkişaf Partiyasının tək başına iktidara gəldiyi seçkilərdə hər iki partiya uğursuzluğa düçar oldu. Son iki ildə həmin partiyaların birləşməsinə dair göstərilən səylər nəhayət dünən nəticə verdi. Ankarada əvvəlcə Ana Vətən Partiyasının son qurultayı keçirildi və partiyanın buraxılmasına qərar verildi. Daha sonra qurultay nümayəndələri Demokrat Partiyası ilə birləşməyə dair qərar qəbul etdilər. Proses Demokrat Partiyasının eyni salonda keçirilən qurultayında tamamlandı. Maraqlıdır ki, mərkəz sağdakı iki partiyanın birləşməsinə dair qərarın qəbul edildiyi salonda Türkiyə və Azərbaycan bayraqları yan-yana dalğalanırdı. Müşahidəçilər bunu Demokrat Partiyası adı altında fəaliyyət göstərəcək siyasi qüvvənin hökumətin Ermənistanla yaxınlaşma siyasətinə etiraz əlaməti kimi qiymətləndirdilər. Lakin, Ermənistan məsələsi Demokrat Partiyası ilə hakimiyyət arasında ciddi fikir ayrılığı olan yeganə məsələ deyil. Demokrat Partiyasının sədri Hüsaməddin Cindoruk qurultaydakı çıxışında hökuməti yeni Konstitusiyanın qəbulu edilməsini gecikdirməkdə günahlandıraraq, hakimiyyətin bir çox istiqamətdəki fəaliyyətini sərt tənqid etdi. Analitiklər sıralarında bir çox təcrübəli siyasətçinin olduğu Demokrat Partiyasının hakim Ədalət və İnkişaf Partiyasının ciddi siyasi opponentinə çevriləcəyini proqnozlaşdırırlar. Partiyanın mərkəz sol qüvvələrlə birləşməyə çalışdığı bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar