SON XƏBƏRLƏR

İran BMT ilə uzlaşmır

2021.10.20, 07:36
İran BMT ilə uzlaşmır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, BMT-nin dəstəyi altında tərtib olunan saziş layihəsi İran tərəfindən müxtəlif tərzlərdə tənqid edilib. "Biz Beynəlxalq Atom Enerjisi Agentliyinin himayə etdiyi sövdələşməni bəyənmirik, çünki burada Tehrana öz uranını geri alacağına təminat verilmir". Bu sözləri İran parlamentinin milli təhlükəsizlik məsələləri və xarici əlaqələr üzrə qüdrətli komitəsinin rəhbəri Ələddin Borucerdi İran televiziyasına bildirib. millət vəkili Kazım Cəlali İranın ərəbdilli telekanalı Ələm TV-yə söyləyib ki, o, ötən illərin olaylarına görə Qərbə etimad göstərmir. O, İranın Qərbin sövdələşmənin şərtlərinə əməl edəcəyinə dair şübhələrinin olduğunu deyir. Cəlali əlavə edib ki, son razılıq tamamilə şəffaf olmalıdır və bütün tərəflərə təminatlar verməlidir. O, vurğulayıb ki, hazırkı sənəd İranın maraqlarına ziddir. Bütün bunlara rəğmən prezident Mahmud Əhmədinejad isə Qərbi İranla əməkdaşlıq etməyə çağırır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar