SON XƏBƏRLƏR

Britaniya və ABŞ İrana bağlı 11 nəfərə sanksiya tətbiq etdi

2024.01.30, 10:30
Britaniya və ABŞ İrana bağlı 11 nəfərə sanksiya tətbiq etdi

ABŞ və Britaniya İranın Kəışfiyyat və Təhlükəsizlik Nazirliyinin əmri ilə xaricdə İran rejiminin müxaliflərinə qarşı sui-qəsd təşkil etməyi planlaşdıran cinayətkar şəbəkə ilə əlaqəli 11 nəfərə sanksiya tətbiq edib.

Gunaz.tv

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Mille açıqlama verib.

"Hesab edirik ki, adları sanksiya siyahısına salınan şəxslər transmilli repressiyaya yönəlmiş əməliyyatlara qoşulub,  çoxsaylı sui-qəsdlər və adam oğurluqları həyata keçirən şəbəkə ilə əməkdaşlıq edib, həmçinin ABŞ-da əməliyyatlar keçirməyi planlaşdırıblar",- o, bildirib.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi və ABŞ Federal Polisi  FTB tərəfindən bu şəxslər barədə İttiham aktı açıqlandıqdan sonra ABŞ Maliyyə Nazirliyi onlara qarşı sanksiya tətbiq edib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar