SON XƏBƏRLƏR

Səid Mətinpurun ağır durumuna qarşı Stokholmda etiraz aksiyası keçiriləcək

2021.10.20, 07:36
Səid Mətinpurun ağır durumuna qarşı Stokholmda etiraz aksiyası keçiriləcək

Gunaz.tv
Səid Mətinpuru Evin zindanında ölüm təhlükəsi hədələyir İnformasiya vasitələrinin verdiyi məlumata görə, Tehranda yerləşən Evin zindanında iki siyasi kişi məhbusu -- 30 və 60 yaşında vəfat ediblər. Verilən məlumatda bildirilir ki, hər iki siyasi məhbusun zindanda müalicəsinə maneə törədilib və elə bu səbəbə görə də onlar həyatların itiriblər. Bundan əlavə, xəbardarlıq edilir ki, Evin zindanında bir neçə siyasi məhbusu ölüm təhlükəsi hədələyir. Bir tərəfdən bu siyasi məhbuslar uzun zaman cismi və ruhi işgəncəyə məruz qalıblar və zindanda səhiyyə xidmətinin pis təşkil olmaması səbəb olub onlar ağır xəstəliyə düçar olalar. Digər tərəfdən də onların müalicə olunmasına maneə törədilir. Bəzi siyasi araşdırıcılar bu növ davranışı vəhşicəsinə tədrici edam prosesi adlandırırlar. Bilidyiniz kimi, Güney Azərbaycanın tanınmış jurnalisti və insan haqlarının müdafiəçisi Səid Mətinpuru əcnəbi ölkələrlə əlaqəyə girmədə və milli təhlükəsizliyə qarşı təbliğat aparmada İran hakimiyyəti suçlayıb və qanunsuz olaraq onu 8 il zindana məhkum etmişdir. Əslində onun günahı insana və Azərbaycana sevgidir. O, birinci dəfə tutulanda 7 ay təkadamlıq kamerada saxlanılıb, vəhşicəsinə ruhu və cismi işgəncələrə məruz qalmışdır. Elə bu səbəbə görə, Evin zindanında yerləşəndən sonra başı gicələnirmiş və daim mədə xəstəliyindən şikayət edirmiş. Amma çox təəssüf ki, o, bir tərəfdən müalicə olunmur, o biri tərəfdən də zindanda sanitariya qaydalarına əməl olunmaması, onun vəziyyətin daha da ağıraşdırmışdı. O, həyat yoldaşı ilə olan son görüşündə bildirmişdi ki, ürək ağrısından çox əziyyət çəkir və ürək ağrısı kürəyinə vurur, sol qolunda keyləşmə baş verib. Onunla bir kamerada olan zindan yoldaşları onun ağır durumun görüb, onu zindanın səhiyyə dairəsinə aparıblar. Orada Səid Mətinpura 3 iynə vurulub və bundan əlavə də bir neçə dərman ressepti yazılıb. Amma hələ də həkim tərəfindən yazılmış dərmanlar ona çatdırılmayıb. Evin zindanında səhiyyə dairəsinin tibbi imkanları çox məhduddur və Səid Mətinpur kimi ağır xəstəliyə düçar olmuş məhbuslara tibbi yardım etməyə qadir deyil. Bu faktlara əsaslanan S. Mətinpurun vəkili çalışmışdı onu müvəqqəti olaraq müalicə üçün zindanın xaricində xəstəxanada yerləşdirilə. Amma çox təəssüflə qeyd etməliyik ki, onun bütün cəhdləri boşa çıxmışdır. Milli fəalların nəzərinə görə, İranın irqçi rejimi Səid Mətinpuru ağır xəstəliyi ilə təkbətək qoyub, onu tədrici edamla cəzalandırmaq istəyir. Biz Stokholmda yaşayan bir nəçə nəfər Güney Azərbaycanlı 2009 - cu ilin 29 oktyabrında iclas keçirib, Səid Mətinpurun Haqlarının Müdafiəsi üçün Komitə yaratdıq. Komitənin birinci qərarı S.Mətinpurun ağır durumuna etiraz olaraq Stokholm şəhərinin mərkəzində kütləvi etiraz aksiyasının keçirilməsi nəzərdə tutur. Biz bütün Azərbaycanlılara müraciət edib və onlardan istəyimiz bundan ibarətdir ki, bu etiraz aksiyasında iştirak etməyi özlərinin insani borcu hesab edələr. Əlbəttə, komitə bundan əlavə çalışacaq İsveçdə Jurnalistlər Birliyinə, insan haqlarını müdafiə edən təşkilatlara və hökumət orqanlarına müraciət edib, təcili şəkildə Səid Mətinpurun vəziyyətini aktual etməyi diqqət mərkəzinə ala. Stokholmun mərkəzində keçiriləcək etiraz aksiyasının yeri, zamanı və əlaqə telefonları: Zaman: Şənbə, 7 noyabr 2009 - cu il Saat: 15:00 - dan 16:30 - a kimi. Yer: Sergels torg Əsəd Sadiqi -- 08 - 890558; mobil -- 0737775464 Babək Azəri -- 0739960943 Səid Mətinpurun Haqlarını Müdafiə edən Stokholmdakı Komitə. azadtribun

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar