SON XƏBƏRLƏR

“Sanki Respublikanın bütün problemləri ancaq qadınların hicabı məsələsində yığışıb qalıb.”- məclis deputatı

2024.01.30, 11:35
“Sanki Respublikanın bütün problemləri ancaq qadınların hicabı məsələsində yığışıb qalıb.”- məclis deputatı

“Dövlət elə davranır ki, güya Respublikanın bütün problemləri ancaq hicabı düzgün istifsdə etməyən və hicabsız qadınlar məsələsində yığışıb.” - Fatimə Rakei

Gunaz.tv

İran Məclisinin islahatçı qanaddan olan deputatı sözlərinə bunları da əlavə edib: “bir tərəfdən hicab məsələsinə sərt davranılır, digər tərəfdən isə hicabsız qadınlara deyirlər ki, qarşıdakı seçkilərdə iştirak edin. Ölkədə belə bir qarışıq vəziyyət var.”  

“Belə görünür, Məclisin hicabdan başqaməşğul olmağa məsələ yoxdur və rəsmilərin iri qanun pozuntuları, korrupsiyalar və düzgün idarəetmənin olmaması prioritetlik təşkil etmir. 

Beynəlxalq arenada, bölgədə və daxili vəziyyətə görə ölkənin durumu gündən günə pisləşəməyə doğru gedir. Ancaq ölkədə hicabdan başqa problemlərin həllinə tədbir görüldüyü müşahidə olunmur.”- deyə Rakei hökuməti tənqid edib.

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar