SON XƏBƏRLƏR

İranda məhkumlar edam edildi

2024.01.30, 15:26
İranda məhkumlar edam edildi

Bu gün Kərəc şəhərinin mərkəzi həbsxanasında daha 3 məhkumun edam cəzası həyata keçirilib.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Bildirilib ki, hər üç məhkum narkotik maddələrin qanunsuz alverində günahlandırılıb.

Qeyd edək ki, 2023-cü ildə İran həbsxanalarında 25-i qadın və 2-si yetkinlik yaşına çatmamış şəxs olmaqla, 870 nəfər edam edilib, onlardan 791 nəfərinin kimliyini dəqiqləşdirmək mümkün olub.

Bu, 2022-ci illə müqayisədə 33% çoxdur.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar