SON XƏBƏRLƏR

İranda “donuz qripi” üzündən 620 məktəbdə tətil elan olunub

2021.10.20, 07:36
İranda “donuz qripi” üzündən 620 məktəbdə tətil elan olunub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda A/H1N1 virusundan (“donuz qripi”) qorunmaq məqsədilə 620 məktəb müvəqqəti bağlanıb və onlarda tətil elan olunub. “donuz qripi”-nə yoluxduğu bilinən 70 məktəbli isə müayinə altına alınıb və Səhiyyə Nazirliyi əhaliyə ciddi xəbərdarlıq edib. Qeyd edək ki, indiyədək İranda əksəriyyəti 7-24 yaş arası olmaqla, 1638 nəfər bu virusa yoluxub ki, onlardan 22 nəfəri artıq dünyasını dəyişib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar