SON XƏBƏRLƏR

Böyük Tabu Ayətullah Xamneyi tələbələrlə görüşdə kəskin tənqid olub

2021.10.20, 07:36
Böyük Tabu Ayətullah Xamneyi tələbələrlə görüşdə kəskin tənqid olub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran İslam Respublikasının dini rəhbəri ayətullah Əli Xamneyi bir qrup əlaçı tələbə ilə görüşündə kəskin tənqidlə üzləşib. hadisə oktyabrın 28-də baş verib. Dini rəhbər çıxış edəndən sonra bir neçə tələbə əlini qaldıraraq onlara söz verilməsini istəyib. Ancaq onların çıxışından sonra da bir tələbə söz istəyib. Çıxışlara ayrılan vaxtın başa çatdığı bildirilsə də, dini rəhbər əlini göyə qaldıran tələbəyə söz verilməsini tələb edib. Riyaziyyat fənni üzrə olimpiada qalibi, Tehranın Politexnik Universitetinin tələbəsi Mahmud Vəhidniya mikrofon arxasına keçib, özünü təqdim edəndən sonra deyib: “Mənim çıxışım bir neçə hissədən ibarət olacaq. Birinci dövlət teleradiosundan başlayıram. Sizcə, dövlət teleradiomuz son aylarda ölkədə baş verən olayları olduğu kimi işıqlandırıb, yoxsa həqiqətləri təhrif edib? Təəssüflər olsun ki, bizim milli teleradiomuz belə davrandığı halda digər medialarımızdan nə gözləmək olar? Dövlət Teleradio Təşkilatının rəhbəri birbaşa sizin nəzarətinizdə fəaliyyət göstərir. Onu bu vəzifəyə siz təyin edirsiniz. İkisindən biridir. Ya bu təşkilat sizin göstərişinizlə belə rəftar edir, ya da sizin ona nəzarətiniz lazımi qədər deyil. İndi ortaya belə bir sual çıxır ki, görəsən, doğrudan da son 30 ildə biz islamlaşmağa və əxlaqa doğru hərəkət etmişikmi? Əgər bu suala zərrə qədər də olsa mənfi cavab vermək mümkündürsə, deməli, bu 30 ildəki rəftar və iddialarımıza şübhə ilə yanaşmalıyıq. İndi keçirəm başqa məsələyə və sözümü bir misalla başlayıram. Bir ailədə iki qardaş bir-biri ilə savaşsa, ata necə davranmalıdır? Əgər ata kiçik qardaşı məzəmmət etməyə başlasa, onda böyük qardaş kiçik qardaşa yenə zorakılıq nümayiş etdirməkdə davam edəcək. Sizin atalıq yeriniz var. Siz öz müxaliflərinizlə bu cür davranırsınızsa, onda aydındır ki, sizdən söz eşidənlər necə davranacaq. Hamı zindanlarda nələr baş verdiyini yaxşı bilir. Siz öz çıxışlarınızın birində bu kimi rəftarların qarşısının alınacağını desəniz də, onlar istədiklərini edirlər. İndi isə başqa məsələyə keçirəm. Mən bilmirəm bu ölkədə niyə heç kəsə icazə verilmir ki, sizi tənqid etsin? Təəssüflər olsun ki, sizin ətrafınızda olanlar sizi tənqid etməyi böyük və bağışlanmaz bir xəta, günah sayırlar. Onlar sizi bir bütə çeviriblər. Halbuki hər bir insan səhv edə bilər. Mən beş ildir qəzetləri ciddi şəkildə oxuyur, ölkədə baş verənləri izləyirəm. Bu müddətdə bir dəfə də olsun görməmişəm ki, vəzifəsi sizin rəhbərliyinizi və hərəkətlərinizi nəzarətdə saxlamaq olan Üləmalar Məclisi sizi tənqid etsin. Bu vəziyyətin davam etdirilməsi yalnız kin-küdurətə gətirib çıxara bilər”. Gənc tələbənin tənqidlərinə cavab olaraq ayətullah Xamneyi deyib: “Teleradionun fəaliyyətinə gəlincə deyim ki, bir az məsələyə insafla yanaşmaq lazımdır. Əlbəttə, mən özüm də onun hər işini bəyənmirəm. Düzdür, bəzi nöqsanlar var. Elə deyil ki, bütün verilişləri birbəbir gətirib mənə göstərdikdən sonra yayımı üçün icazə alsınlar. O ki qaldı tənqid məsələsinə, mənim sözüm yoxdur. Mən tənqidə müsbət yanaşıram. Əlbəttə, elə deyil ki, tənqid etməsinlər. Məni tənqid edənlər də olur. Bəzən çox olur. Mən də qulaq asıb onu başa düşməyə çalışıram”.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar