SON XƏBƏRLƏR

TÜRKİYƏdə AKP-nin nüfüzü kəskin düşüb

2021.10.20, 07:36
TÜRKİYƏdə AKP-nin nüfüzü kəskin düşüb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AKP) xalqın dəstəyini itirməyə başlayıb. Bu hadisə “açılım prosesi”-nin başlandığından sonra baş verib. SONAR sorğu şirkətinin ictimai rəy araşdırmalarına görə, prosesin başladığı iyun ayından bəri AKP səs itkisinə məruz qalıb, müxalifət partiyalarının səslərində isə mütəmadi artım qeydə alınıb. Belə ki, AKP-nin iyul ayında 36.26 faiz olan səs nisbəti avqust ayında azalaraq 35.37 faizə, sentyabr ayında 34.44 faizə düşüb. 34 terrorçunun təslim olduğu oktyabr ayında isə bu rəqəm 31.68 faizə qədər azalıb. Müxalifətçi Cumhuriyyət Xalq Partiyası (CHP) və Milliyətçi Hərəkat Partiyasının (MHP) isə səs faizləri artıb. CHP-nin iyul ayında 25.13 faiz olan səsi avqustda 26.38, sentyabrda 27.21, oktyabrda isə 28.21 faizə çatıb. MHP də iyuldan oktyabra qədər səs sayını 15.62 faizdən, 19.59 faizə çatdırıb. Bununlada AKPnin nüfüzü müxalifətin qarşısında gündən günə aşağı düşməkdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar