SON XƏBƏRLƏR

Qərb İranın cavabını bəyənmədi

2021.10.20, 07:36
Qərb İranın cavabını bəyənmədi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Gözlənildiyi kimi, İranın nüvə proqramıyla bağlı BMT – nin təkliflərinə gecikmiş cavabı qərbi qane etməyib. İran təkliflərlə razılaşdığını bəyan etsə də, öz şərtlərini irəli sürür. Analitiklərin fikrincə isə bu, əslində təklifləri rədd etmək anlamına gəlir. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bu gün BMT-nin Təhlükəsizlik Şurası və Almaniya nümayəndələri ilə rəsmi Tehranın BMT planına cavabı ilə əlaqədar məxfi məsləhətləşmələrə başlayıb. Bu məlumat Avropa İtifaqının dövlət başçılarının Brüsseldə keçirilən sammitində yayılıb. Beynəlxalq ictimaiyyət, iranın 80 faiz saflaşdırılmış uranının Rusiya və Fransaya göndərilməsini təklif edir. Məlumatlı mənbənin bildirdiyinə görə Tehran bir sıra təkliflər edib və hazırda bu cavab müzakirə olunur. Bu gün agentliyin mətbuat üçün yayılmış bəyanatında qeyd olunur ki, Əl Baradeyi tezliklə bu məsələdə razılıq əldə olunmasına ümid edir. Məlumata görə, İran ilk növbədə uranın geri qaytarılması və yanacaq xammalının göndərilməsi qrafiki üçün əlavə təminat istəyir. BMT-nin planına əsasən, Tehran artıq bu ilin sonuna qədər ölkədəki azsaflaşdırılmış uranın 75 faizini xaricə çıxarmalıdır. Dünən İranın atom enerjisi üzrə beynəlxalq agentlikdəki daimi nümayəndəsi Ələsgər Soltaniyə ölkəsinin uranın saflaşdırılması üzrə təşəbbüsünə müsbət yanaşma sərgilədiyini, lakin razılaşmanın mühüm texniki və iqtisadi əlavələrsiz başa gəlməcəyəni bildirmişdi. Başqa sözlə İran əvvəlcə xaricdiən uran istəyir , yalınz bundan sonra öz xammalını xaricə göndərməyə razılaşır. Danışıqlarda iştirak edən və adının çəkilməsini istəməyən qərb diplomatlarından biri bəyan edib ki, İranın şərtlər irəli sürməsi əslində təkliflərdən imtiina etmək anlamına gəlir və uranı öz ərazisində saflaşdırmaq niyyətindədir. Qərbin İranın yeni tələblərinə güzəştə gedib – getməyəcəyi hələlik bilinmir. İsrail rəsmilərinin fikrincə, Beynəlxalq Agentliyin təklifləri irana üçün böyük güzəşt idi və bundan sonra qərbin belə etməyə haqqı yoxdur. İran qarşı növbəti sərt addımların vaxtı çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar