SON XƏBƏRLƏR

Əsgəroladi: radikallar Musəvi və Kərrubinin edam olunmasını tələb edirlər

2021.10.20, 07:36
Əsgəroladi: radikallar Musəvi və Kərrubinin edam olunmasını tələb edirlər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İslami Kualisiya Partiyasının Baş Katibi, Mühafizəkar siyasi sima HəbibALLAH Əsgəroladi bildirib ki bir sıra radikal mühafizəkarlar müxalifətin öncül liderləri o cümlədən Mir Hüseyn Musəvi və Mehdi Kərrubinin edam olunmasını tələb edirlər. Öz partiya yandaşları qarşısında çıxış edən Əsgəroladi bu kimi siyasiləri tənqid edib. o vurqulayıb ki onlar ölkənin gərgin vəziyətini başa düşmürlər ona görədə yeni Ayətullah Müntəzirilər və Bənisədrlər yaradırlar. Əsgəroladi müxalifətə yönəlik bildirib ki əgər Musəvi və Kərrubi cənabları sistemə qayıtmaq istəyirlərsə onda ilk öncə sistemə, Anayasaya, imamətə və vilayətə bağlı olduqlarını bəyan etməlidirlər. ona görə ki onlar inqilab dairəsindən kənara çıxıblar. Ancaq onlarla səmimi danışmaq lazımdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar