SON XƏBƏRLƏR

3 milli fəal həbs olundu

2021.10.20, 07:36
3 milli fəal həbs olundu

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində 3 milli-mədəni fəal həbs olunub. Dünən oktyabrın 6-da jurnalist Rəhim Qulami, Behruz Əlizadə və Vədud Səadəti, məhkəmə tərəfindən bir il müddətinə məhkum olduqları hökmün icrası ilə bağlı Ərdəbil zindanına yollanıblar. Adını çəkdiyimiz milli fəallar 7 ay əvvəl ETTELAAT (İran Kəşfiyat Nazirliyi) məmurları tərəfindən tutuqlanıb və 20 gün saxlanıldıqdan sonra mülki girov qoyaraq azadlığa buraxılmışdılar. Milli fəalların ailəsinin verdiyi məlumata görə, onlar saxlanıldıqları müddətdə döyülərək ağır işgəncəyə məruz qalıb. Işgəncələr bununla da bitməyib. Onlar, uzun müddət yatmamağa məcbur edilib və bədənlərinə elektriki şok verilib. Adını qeyd etdiyimiz milli fəallar ilk öncə Ərdəbil Məhkəməsi tərəfindən milli təhlükəsizliyi pozan qrupda üzv olduqları ittihamı ilə 5 il həbs cəzasına məhkum edilib ancaq sonra Apelyasiya Məhkəməsi (təcdidnazar dadqahı) onların ittihamını dəyişərək, sistemin əleyhinə təbliğ ittihamı ilə 1 il həbsə məhkum edib. Qulami, Əlizadə və Səadəti Ərdəbil şəhərinin siyasi və mətbuat sahəsinin fəallarındadır. Onlar 2006-ci ildən bəri dəfələrlə tutuqlanıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar