SON XƏBƏRLƏR

XİN Ukraynada 2 Fransa vətəndaşının həlak olduğunu təsdiqləyib

2024.02.02, 15:24
XİN Ukraynada 2 Fransa vətəndaşının həlak olduğunu təsdiqləyib

Fransa xarici işlər naziri Stefan Sejurne Ukraynada 2 Fransa vətəndaşının həlak olduğunu təsdiqləyib.

Gunaz.tv

Bu barədə Fransa xarici işlər naziri "X" hesabında paylaşım edib.

Fransa XİN rəhbəri üç nəfərin yaralandığını qeyd edib.

Qeyd edək ki, fevralın 1-də Xerson vilayətinin qubernatoru Aleksandr Prokudin "Telegram" hesabında bildirib ki, Rusiya qüvvələrinin Berislava endirdiyi zərbə nəticəsində əcnəbi könüllülər ölüb və yaralanıb.

Ukrayna milli polisi bildirib ki, pilotsuz uçuş aparatının hücumu nəticəsində iki Fransa vətəndaşı ölüb.

Xatırladaq ki, cəbhə xəttinə yaxın Dnepr çayı sahilindəki Berislav müntəzəm olaraq Rusiya pilotsuz uçuş aparatlarının və artilleriyasının zərbələrinə məruz qalır.

 

Orkhan Oguz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar