SON XƏBƏRLƏR

İranlı sürücülərə viza dayandırıldı

2024.02.03, 12:37
İranlı sürücülərə viza dayandırıldı

İranın Daşıma və Locistika Federasiyası idarə heyətinin sədri Avropa ölkələrinin iranlı sürücülərə viza verilmədiyini bildirib.

Gunaz.tv

Əli Mahmudi Sarayın açıqladığı məlumata istinadən viza verilmədiyinə görə İran traylerləri fəaliyyətdən düşüb və Türkiyə traylerləri onların yerini tutub. 

Sürücülərə vizanın dayandırılması Almaniya və İtaliyanın təşəbbüsü ilə başlayıb. 

Mahmudi həmçinin bildirib ki, ancaq əvvəlcə viza verilmiş sürücülər fəaliyyət göstərə biləcək. Lakin onların viza vaxtı bitdikdə artıq yük daşıması ilə məşğul ola bilməyəcəklər. 

Mahmudi əlavə edib ki, sanksiyalar səbəbindən İranın traylerlərinə yaşıl sığortanın virlməsi də dayandırılıb. 

Bu sanksiyalar qara bazarın yaranmasın səbəb olmaqla Bolğarıstan sərhəddində dəllalar və vasitəçilər tərəfindən 3 qat qiymətinə adi sığorta tərtib olunur.

Taymaz
.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar