SON XƏBƏRLƏR

Araz Aslanlı: “Ərdoğanın səfər zamanı Təbrizdə dayanması bu ölkənin rəhbərliyinə mühüm mesaj olardı”

2021.10.20, 07:36
 Araz Aslanlı: “Ərdoğanın səfər zamanı Təbrizdə dayanması bu ölkənin rəhbərliyinə mühüm mesaj olardı”

Gunaz.tv
Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan bu həftənin əvvəlində 200 nəfəlik nümayəndə heyətilə birgə İrana səfər etdi. Regional ictimaiyyətin diqqətlə izlədiyi səfər əsnasında Türkiyə ilə İran arasında ikitərəfli əməkdaşlıq yönümündə mühüm sazişlər imzalandı. Bir çox mütəxəssislər Türkiyənin son xarici siyasət addımlarını rəsmi Ankaranın siyasi orientasiyasında dönüş nöqtəsi kimi dəyərləndirir. Yəni baş nazirin rəhbərlik etidiyi nümayəndə heyətinin böyük həcmi və imzalanan sənədlərin mühümlüyü indiyədək elə də isti münasibətlər saxlamayan iki ölkə arasında qeyri-adi bir yaxınlaşmadan xəbər verir. Türkiyə-İran təmasları və bunun regional təsirlərini Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı və Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan açıqlayır. Səfərin motivlərini əsaslandıran Sinan Oğan bildirdi ki, Türkiyə hazırda qonşuları ilə sıfır problemi siyasəti yürüdür: “Ona görə də İranla münasibətlərdəki dəyişikliyə də bu prizmadan baxılmalıdır. Belə ki, son həftələrdə rəsmi Ankara İrəvan və Dəməşqlə də əlaqələrin normallaşdırılması yönümündə addımlar atıb”. “Türkiyənin Qərbdən Şərqə doğru üz döndərməsi” sualına gəlincə siyasi ekspert dedi ki, rəsmi Ankara regiondakı addımlarını ABŞ-la uzlaşdırır və Avropa ilə inteqrasiyada maraqlı olaraq qalır. Türkiyə baş nazirinin İrana səfərini şərh edən Araz Aslanlı isə səfər çərçivəsində bu ölkədə öz tarixi torpaqlarında yaşayan Azərbaycan türklərinin durumuna yer ayrılmamasından məyusluğunu söylədi: “Rəsmi Ankara uzun müddət İrandakı türklərin hüquqlarının qorunması istiqamətində əməli addım atmayıb. Ərdoğanın səfər zamanı Təbrizdə dayanması İran rəhbərliyinə Türkiyənin bu istiqamətdəki öhdəliyi barədə mühüm mesaj olardı”. Onun sözlərinə görə, Türkiyə-İran yaxınlaşmasının Bakıyla Tehran arasındakı gərgin münasibətlərə əhəmiyyətli təsir göstərməyəcək. Çünki İran Azərbaycan dövlətinin varlığına qısqanclıqla yanaşır və bunu öz milli təhlükəsizliyinə hədə kimi görür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar