SON XƏBƏRLƏR

Uçuruma gedirik

2021.10.20, 07:36
Uçuruma gedirik

Gunaz.tv
Mirhüseyn Musəvi: “Sanki bəzi cənablar kimlərinsə ölkəni tamamilə məhv etmək, onu uçuruma sürükləmək göstərişini həyata keçirirlər” “Dünənə qədər bu ölkənin həqiqi övladlarını Qərbə və Şərqə meyllənməkdə və xarici ölkələrlə əlaqədə günahlandıranlar bu gün özləri açıq-aşkar ABŞ-a boyun əyir, ona yarınırlar” Bu il İranda keçirilmiş prezident seçkisində əsas namizədlərdən olmuş keçmiş baş nazir Mirhüseyn Musəvi seçkiyə qatılmış digər namizəd, Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi ilə görüşərək seçkidən sonrakı durumu, hökumətin nüvə siyasətini müzakirə edib. “Mediaforum”un məlumatına görə, Mirhüseyn Musəvi deyib: “Dərdimiz böyük və müştərəkdir. Məsələn, hökumətin Cenevrədə apardığı nüvə danışıqlarının nəticələri adamı heyrətləndirməyə bilməz. Bunlar nüvə fəaliyyətləri ilə bağlı Cenevrədə Qərbə verdikləri vədlərə əməl etsələr, bu günə qədər minlərlə alimimizin bu sahədəki zəhməti və bu yolda sərf olunan külli miqdarda vəsait (70 milyard dollar) hədərə gedəcək. Yox, əgər götürdükləri öhdəlikləri yerinə yetirməkdən imtina etsələr, onda İrana qarşı geniş sanksiyaların tətbiqi üçün beynəlxalq bir koalisiyanın yaranmasına zəmin yaradacaqlar. Bütün bunlar bizim milli mənafeyimizə zidd olan və macəraçılığa söykənən xarici siyasətimizin nəticəsidir. Maraqlıdır ki, dünənə qədər bu ölkənin həqiqi övladlarını Qərbə və Şərqə meyllənməkdə və xarici ölkələrlə əlaqədə günahlandıranlar bu gün özləri açıq-aşkar ABŞ-a boyun əyir, ona yarınırlar. Xalqa bəyan olunası çox məsələ var. Qoy xalq ölkəmizdə baş verənlərdən xəbərdar olsun”. Mirhüseyn Musəvi kimlərinsə bilərəkdən və ya bilməyərəkdən ölkəni məhvə doğru sürüklədiyini vurğulayıb: “Ya bəzi cənablar kimlərinsə ölkəni tamamilə məhv etmək, onu uçuruma sürükləmək göstərişini həyata keçirirlər, ya da günü günə satmaqla özlərinin nəyin bahasına olur-olsun bugünkü mənafelərini qorumağa çalışırlar, sabah nə olacağına fikir vermirlər. Yoxsa xarici siyasətdə bu qədər riskə getmək heç bir məntiqə sığmır və qəbuledilməzdir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar