SON XƏBƏRLƏR

“The New-York Times “qəzeti BMT-nın təkliflərinin İran tərəfindən rədd edildiyini bildirib

2021.10.20, 07:36
“The New-York Times “qəzeti BMT-nın təkliflərinin İran tərəfindən rədd edildiyini bildirib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran BMT-nin nüvə proqramı üzrə vasitəçilərinə MAQATE-nin təklifini rədd etdiyi barədə xəbər verib. təşkilatın ötən həftə İrana verdiyi təklifə görə, İran uranın zənginləşdirməsi ilə bağlı fəaliyyətini ölkə sərhədlərindən kənarda həyata keçirməli idi. Bu təklif Rusiya, ABŞ və Fransa tərəfindən də dəstəkələnib. Bu barədə xəbəri ABŞ-ın “The New-York Times “qəzeti yazıb. Qəzetdə həmçinini göstərilib ki, İranın rədd cavabı Barak Obamanın İranın nüvə probleminin həll olunması üçün vaxt qazanmaq barədə cəhdlərinə son qoya bilər. Qeyd edək ki, dünən İranın prezidenti Mahmud Əhmədinejad MAQATE ilə əməkdaşlıq etməyə hazır olduğu barədə bəyanat vermişdi. Lakin o qeyd edib ki, onun ölkəsi-İran sülh atomunu inkişaf etdirmək hüququndan əl çəkməyəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar