SON XƏBƏRLƏR

Ukraynanın zərbəsi nəticəsində qondarma "LXR"in "naziri" həlak olub

2024.02.05, 14:41
Ukraynanın zərbəsi nəticəsində qondarma "LXR"in "naziri" həlak olub

Ukrayna silahlı qüvvələrinin fevralın 3-də Lisiçanskı raket atəşinə tutması nəticəsində "LXR"-in "fövqəladə hallar naziri" Aleksey Poteleşenko ölüb.

Gunaz.tv

Poteleşenkonun ötən ilin sentyabrından "respublika"nın FHN-nə rəhbərlik etdiyi bildirilib.

Qeyd edək ki, Rusiya tərəfi Ukraynanın fevralın 3-də HIMARS reaktiv raketləri ilə Luqanskın Lisiçansk şəhərində yerləşən çörək zavoduna hücum etməsi barədə məlumat yayıb. Bildirilib ki, raket hücumu nəticəsində biri uşaq olmaqla 28 nəfər həyatını itirib.

Ukrayna tərəfi isə çörək zavodunu deyil, qondarma rejimin FHN rəhbəri, 2014-cü ildə separatçılar tərəfə keçmiş Aleksey Poteleşenkonun olduğu restoranı vurduqlarını açıqlayıb.

Orkhan Oguz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar