SON XƏBƏRLƏR

İran BMT-nın verdiyi təkliflərə rəsmi cavab verib

2021.10.20, 07:36
İran BMT-nın verdiyi təkliflərə rəsmi cavab verib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran nüvə proqramı ilə bağlı beynəlxalq narahatlıqların azalması üçün BMT-nin verdiyi təkilflərə rəsmi cavabını təqdim edib. Təfərrüatlar hələ məlum deyil. Amma İran mediası xəbər ver ki, İran razılaşma layihəsinə əhəmiyyətli dəyişiklər edilməsini istəyəcək. BMT-nin nüvə agentliyi bildirib ki, Tehranın cavabından sonra İranla razılaşmaya nail olacağına ümid bəsləyir. İranın nüvə proqramı illər ərzində artan gərginliyə səbəb olmuşdu. Lakin bu gün Prezident Əhmədinecad bildirib ki, Tehran bu məsələdə əməkdaşlığa hazırdır. Eyni zamanda o qeyd edib ki, İranın nüvə araşdırmalarından bəhrələnmək hüququ şəksizdir. Birləşmiş Atom Enerjisi Agentliyi İrana təklif edib ki, ölkənin az zənginləşdirilmiş uranının əksər hissəsi emal məqsədi üçün Rusiya və Fransaya göndərilsin. Bu plan bir tərəfdən İran reaktorunu yanacaqla təmin edərdi, digər tərəfdən Qərbin İranda nüvə silahının yaradıla bilməsinə dair narahatlığı azalda bilərdi. Beynəlxalq Atom Enerjisi Agentliyinin təkliflərinə rəsmi Tehrandan cavabın bu gün gəlib. Bundan əvvəl, İran mətbuatındakı şərhlərdə işarə vurlulurdu ki, Tehran böyük həcmdə zənginləşdirilmiş uranın bir dəfəyə xaricə göndərilməsinə yox, onun hissə-hissə xaricə göndərilməsinə razılaşa bilər. Başqa bir qəzetin yazdığına görə isə, böyük həcmdə uranın ölkədən çıxarılmasına Tehran, eyni həcmdə reaktor yanacağının ölkəyə verilməsi müqabilində razılaşa bilər. Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyinin planına cavabının təfsilatları hələlik açıqlanmır.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar