SON XƏBƏRLƏR

31.10.2009-cu il tarixində Almanyanın Frankfurt şəhərində Azərbaycan-Ermənistan münaqişəsinin tarixi və bugünkü durumu haqda Konfrans olacaqdır !

2021.10.20, 07:36
31.10.2009-cu il tarixində Almanyanın Frankfurt şəhərində Azərbaycan-Ermənistan münaqişəsinin tarixi və bugünkü durumu haqda Konfrans olacaqdır !

Gunaz.tv

GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə :

Rhein-Main İşbirlik Komitəsi təqdim edir :

 Azərbaycan-Ermənistan münaqişəsinin tarixi və bugünkü durumu

31.10.2009

Azərbaycan və Ermənistan arasında illərdən bəri dondurulmuş vəziyyətdə olan Dağlıq Qarabağ münaqişəsinin keçmiş Sovet İttifaqı ərazisində ən mürəkkəb silahlı milli etnik münaqişələrdən hesab olunur.1994-cü ilin may ayında münaqişə tərəfləri arasında atəşkəs əldə olunsa da,beynəlxalq vasitəçiliklə aparılan danışıqlar hələlik heç bir konkret  nəticə verməmişdir.Artıq 15 ildir ki,Ermənistan dövlətinin Azərbaycanın təxminən 20% (faiz) torpaqlarını işğal altında saxlaması üzündən xüsusən Azərbaycan əhalisi indiyədək davam edən "nə müharibə,nə sülh" vəziyyətindən əl çəkmir.Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 rayonu işğal altına düşmüşdür.1988-1994-cü illərdə davam etmiş hərbi təcavüz nəticəsində 20 mindən çox insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur.Bir milyondan artıq insan qaçqın və məcburi köçkün şəraitində yaşamaqdadır.Azərbaycan-Ermənistan münaqişəsi Cənubi Qafqaz regionunun ümümi inkişafında ən böyük maneələrdən biridir.

Məruzəçilər :

Azər Babayev

Frankfurt Sülh Tədqiqatları İnstitutunun (HSFK) elmi əməkdaşı

Rauf Cəfərov

Humboldt adına Berlin Universitetinin doktorantı

Zaman:

18:00-21:00

Yeri:

Haus Ginnheim

Heinzstr.5-7

60431 Frankfurt

Almanya

İnfo: [email protected]/* */

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar