SON XƏBƏRLƏR

Həbsxanada xəstə vəziyətdə saxlanılan jurnalist aclıq aksiyasına başlayıb

2021.10.20, 07:36
Həbsxanada xəstə vəziyətdə saxlanılan jurnalist aclıq aksiyasına başlayıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Jurnalist Henqamə Şəhidi 4 gün əvvəl Tehranın Evin zindanında aclıq aksiyasına başlayıb. Aldığımız məlumata görə, adını çəkdiyimiz jurnalist ürək və əsəb xəstəliyindən əziyət çəkir, o üzdən də gündə 28 həb qəbul etməlidir . ancaq H.Şəhidi dərmanlarından da imtina edib və yaxınlarına aclığı sona qədər davam etdirəcəyini deyib. O qeyd edib ki, saxlanma şəraitinə və ədalətsiz həbsinə etirazını bildirməsi üçün aclıqdan başqa heç bir yolu yoxdur. bu il İranda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlardan sonra tutuqlanan jurnalist, Həbsdə qaldığı müddətdə 50 gün təkadamlıq kamerada saxlanıldığından müxtəlif psixi təzyiqlərə məruz qaldığını bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar