SON XƏBƏRLƏR

Bu gün Türkiyədə Cümhuriyyət günüdür

2021.10.20, 07:36
Bu gün Türkiyədə Cümhuriyyət günüdür

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 86-cı ildönümüdür. Türkiyə Cümhuriyyəti 1923-cü il oktyabrın 29-da Mustafa Kamal Atatürk və silahdaşları tərəfindən qurulub. Səltənət üsul idarəsinin ləğv olunması və Lozan müqaviləsindən sonra gündəmə gələn, “ölkənin idərə şəkli necə olacaq?” – sualına Atatürk və İsmət İnönünün 28 oktyabr 1923-cü ildə parlamentdə hazırladığı qanun layihəsi ilə ölkənin Cümhuriyyət (respublika) üsul idarəsinə keçirilməsinə qərar verilib və 29 oktyabr 1923-cü ildə “Hakimiyyət qeyd-şərtsiz millətindir. İdarə üsulu xalqın öz gələcəyini birbaşa və bilavasitə müəyyən etməsi əsasına söykənir. Türkiyə dövlətinin hökumət şəkli Cümhuriyyətdir!” - prinsipləri ilə Cümhuriyyət elan olunur. Şimalda Qara dəniz, cənubda Adriatik dənizi, qərbdə Mərmərə və Egey dənizlərinin sahili olan Anadolu yarımadasında yerləşən Türkiyə Cümhuriyyətinin paytaxtı Ankaradır və ölkənin 80 milyondan çox əhalisi var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar