SON XƏBƏRLƏR

Azərbaycanlı alimin İranda həbs edilməsinin sirrini burdan oxuyun

2021.10.20, 07:36
Azərbaycanlı alimin İranda həbs edilməsinin sirrini burdan oxuyun

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, 2008-ci ildə İrana dəvət edilərək həbs edilən azərbaycanlı alim Rəşid Əliyevin həbsinin səbəbləri hələ də gizli saxlanılır. Azərbaycan alimi İranın "Sazan Elektronics İndustry Company" şirkətinin rəhbəri Abbas Eftexarinin sifarişi əsasında heç bir səbəb olmadan həbs edilib. Mənbənin dediyinə görə, məsələ ilə bağlı araşdırmalar aparılıb və məlum olub ki, azərbaycanlı alim fars iş adamının sifarişini yerinə yetirmədiyi üçün yenidən aldadılaraq İrana gətirilib və orada həbs edilib. İrandakı mənbələr bildirirlər ki, hazırda İran həbsxanasında saxlanılan Rəşid Əliyevə həmin təklifi qəbul etmək tapşırıqları verilir. Amma alim həmin təklifləri qəbul etmədiyindən ona qarşı təzyiqlər başlanıb. Mənbənin sözlərinə görə, Rəşid Əliyevin hansı əsasla həbs edilməsindən İran hökumətinin də məlumatı var. Lakin təklif elə hökumətin özündən gəldiyindən onun azadlığa buraxılmasına şərait yaradılmır: "Rəşid Əliyev ilk dəfə İrana müqavilə əsasında gedərkən onun bacarığı yoxlanılıb. İran tərəfi həmin şəxsin həddindən artıq bilikli olduğunu və kəşflər etdiyini öyrənəndən sonra ona İranda qalıb işləmək təklifi verilib. İran hökuməti alimi bu ölkəyə dəvət edən şirkətin rəhbəri ilə görüşərək həmin şəxsi əldən buraxmamağı tapşırıb. Şirkət rəhbərinə həmçinin göstəriş verilib ki, Rəşid Əliyevi İranda bioloji silahlar hazırlamağa cəlb etsin. Şirkət rəhbərinin bu təklifini isə Rəşid Əliyev rədd edib və Azərbaycana qayıdıb. İran tərəfi azərbaycanlı alimə İranda yüksək səviyyəli şərait və milyonlarla dollar təklif edib. Rəşid Əliyev isə həmin şərait və puldan imtina edərək Azərbaycana qayıdıb. Alimin əldən çıxdığını görən İran tərəfi 2008-ci ildə Rəşid Əliyevi İrana dəvət edib və onu aldadıb. İran universitetlərindən birində Rəşid Əliyev bir neçə günlük mühazirəyə dəvət etmək adı ilə İrana çağıran ölkə rəhbərliyi alimi bu adla aldadıb Semnan şəhərinə gətirib. Elə ölkəyə daxil olan kimi alim polislər tərəfindən həbs edilib. Hazırda İran tərəfinin alimin qarşısında azadlığa çıxmaq üçün şərt qoyduğu da bildirilir. Mənbə qeyd edib ki, alim bioloji bomba və digər silahların hazırlanma texnologiyasını İran alimlərinə öyrədəcəyi təqdirdə azadlığa buraxıla bilər. Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən Rəşid Əliyevin Hüquqlarını Müdafiə Komitəsi alimin həbsi ilə bağlı dəfələrlə İran dövlətinə müraciət etsə də, hələlik bu ölkənin rəhbərliyi heç bir sorğuya cavab verməyib.olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar