SON XƏBƏRLƏR

ABŞ İrana hərbi zərbələr endirmək fikrindən daşınmayıb

2021.10.20, 07:36
ABŞ İrana hərbi zərbələr endirmək fikrindən daşınmayıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin İTAR-TASS-a istinadən yaydığı məlumata görə, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyms Consun bildirib ki ABŞ İrana hərbi zərbələr endirmək fikrindən daşınmayıb. İran öz öhdəliklərini yerinə yetirməlidir. ABŞ prezidentinin köməkçisi qeyd edib ki, hazırda onun ölkəsi İranla bağlı Yaxın Şərq, Avropa, Rusiya və Çinlə məsləhətləşmələr aparır. Oktyabrın 23-də ABŞ rəsmi olaraq MAQATE proqramına dəstək verdiyini bəyan edib. Proqrama əsasən, İran uranının zənginləşdirilməsi ilə Rusiya öz ərazisində məşğul olacaq. ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Maykl Hammerin sözlərinə görə, indi onlar bu təkliflə bağlı Tehranın cavabını gözləyir. Qeyd edək ki, Qərb ölkələri İran rəhbərliyinə az zənginləşdirilmiş uranı Rusiyaya verməyi məsləhət görür. Rusiya isə öz növbəsində uranı sülh məqsədləri üçün istifadə həddinə çatdırmağa söz verib. Xatırladaq ki, bunun üçün uran 90 faiz zənginləşdirilməlidir. ABŞ, İsrail və Qərb ölkələri Tehranın nüvə silahı hazırladığını güman edir. Lakin İran hökuməti ölkənin nüvə proqramının sülhməramlı olduğunu israrla bildirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar