SON XƏBƏRLƏR

Zəngilansız 16 il

2021.10.20, 07:36
Zəngilansız 16 il

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Bu gün Azərbaycanın cənub-qərbində yerləşən Zəngilanın işğalından 16 il ötür. Rayon 29 oktyabr 1993-cü ildə təcavüzkar Ermənistan Respublikası tərəfindən işğal olunub. Rayonun coğrafi mövqeyi çox əlverişlidir. Belə ki, o Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşir və mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 707 kvadrat kilometr olan Zəngilan işğal olunanda əhalisi 35,6 min nəfər olub. Hazırda zəngilanlı məcburi köçkünlərin sayının 33 min nəfər olduğu bildirilir. Rayon ərazisinin əsas hissəsi dağlardan və çaylardan ibarətdir. Zəngilanda qızıl, tikinti daşları və əhəng kimi faydalı qazıntılara malikdir. Dünyada sayılıb seçilən bir neçə çinar meşəsindən biri də bu rayonda yerləşir. Zəngilanın işğal olunmasından bir müddət əvvəl bütün texnika ərazini tərk edib. Bundan sonra rayonunun müdafiəsi özünümüdafiə dəstələrinin ümidinə qalıb. Lakin özünümüdafiə dəstələri də Ermənistan silahlı birləşmələrinin hücumlarının qarşısını ala bilməyib. İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağılıb. Xatırladaq ki Zəngilan işğal edilmiş sonuncu rayonumuzdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar