SON XƏBƏRLƏR

İran nüvə məsələsində "HƏ" dedi

2021.10.20, 07:36
İran nüvə məsələsində "HƏ" dedi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, zənginləşdirilməsi barədə təklifini qəbul etməyə hazırdır, amma sənədə dəyişiklər olunmasını tələb edir. Bu barədə İranın kütləvi informasiya vasitələri məlumat yayıb. İranın ərəb dilində yayımlanan "Əl-Alam" dövlət kanalı hökumətdəki adı çəkmədiyi mənbəyə istinad edərək bildirib ki, Tehran 48 saat ərzində BMT nüvə agentliyinin planına cavab verəcək. İran ötən cümə günü başa çatan müddət ərzində agentliyin təklifinə heç bir cavab verməmişdi. Həmin plana uyğun olaraq, İran nüvə reaktorunun işlədilməsi üçün lazım gələn miqdarda yanacaq alacaqdı. Amma plana əsasən, həmin yanacaq atom bombası yaratmaq üçün kifayət olmamalıdır. Təkilfə razılaşarsa, İranın uranı BMT nüvə agentliyinin obyektlərinə daxil olmalıdır, oradan isə Rusiyaya emal üçün göndərilməlidir. Bundan sonra isə uran yenidən BMT agentliyinə qayıdacaq, oradan isə yanacaq yığıntılarının istehsalına imkan verən texnologiyalara sahib Fransaya yönələcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar