SON XƏBƏRLƏR

Urmuda 12 nəfər tutuqlanıb

2021.10.20, 07:36
Urmuda 12 nəfər tutuqlanıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanın Urmu şəhərində 12 nəfər dövlət tərəfindən tutuqlanıb. Qərbi Azərbaycan əyalətinin hüquq mühafizə qüvvələrinin rəsmisi jurnalistlərə açıqlamasında tutulanları şeytanpərəstliyi yaymaqda günahlandırıb: “Bunlar sistemə qarşı təbliğat aparır, onu təhqir edirdilər. Həmin şəxslərin mənzillərində və mağazalarında axtarış aparmışıq. Rəsmilərə qarşı hazırlanmış təhqiramiz materiallar, sistemi tənqid edən müxtəlif rep mahnılarından ibarət CD-lər, 6 kompüter müsadirə etmişik”. gizli rep musiqisi yaymaq və sistemə qarşı videokliplərin istehsalı ilə məşğul olmaqda ittiham olunan 12 tutuqlunun kimliyi ilə bağlı artıq məlumat əldə yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar