SON XƏBƏRLƏR

Əlyar Səfərli: İran Viza rejimini ləğv etməklə, ölkəmizdə casus şəbəkəsini daha da genişləndirmək istəyir

2021.10.20, 07:36
Əlyar Səfərli: İran Viza rejimini ləğv etməklə, ölkəmizdə casus şəbəkəsini daha da genişləndirmək istəyir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın xarici işlər naziri Manuçöhr Möttəki Tehranda keçirdiyi mətbuat konfransında Azərbaycanla viza rejimini aradan qaldırmaq istəyində olduqlaGÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə :GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın xarici işlər naziri Manuçöhr Möttəki Tehranda keçirdiyi mətbuat konfransında Azərbaycanla viza rejimini aradan qaldırmaq istəyində olduqlarını bəyan edib. Möttəki bildirib ki, Azərbaycanla əlaqələri inkişaf etdirmək üçün viza rejiminin aradan qaldırılmasını məqsədəuyğun sayırlar: “Viza rejiminin ləğvi Azərbaycanla da əlaqələrin inkişaf etdirilməsinə səbəb olacaq. İran öz tərəfindən viza rejiminin ləğv edilməsini məqsədəuyğun hesab edir. Artıq Türkiyə ilə İran arasında viza rejimi ləğv edilib. Azərbaycanla da bu məsələni həll etmək istəyirik. Azərbaycan tərəfinin də belə addım atmasını istərdik”.M. Möttəki məsələ ilə bağlı rəhbərlik etdiyi nazirliyin İran hökumətinə təqdim etdiyi müvafiq sənədə baxılacağını deyib. İranın regionda geosiyasi proseslərin son dərəcə aktivləşdiyi dövrdə bu istəyə düşməsi maraq yaratmaya bilməz. Ekspertlər də məsələni ciddiyə alırlar və hesab edirlər ki, İran hakimiyyətinin viza rejimini aradan qaldırmaqla gələcəyə hesablanan ciddi siyasi addımlarını reallaşdırmaq məqsədi var. Ölkəmizin İrandakı keçmiş səfiri Əlyar Səfərli İranın Azərbaycan siyasətinin səmimi olmadığı qənaətindədir. Onun fikrincə, İran hakimiyyəti viza rejiminin ikitərəfli qaydada aradan qalxmasının tərəfdarıdır və buna çalışır: “Məqsəd Azərbaycana casuslarını daha da kütləvi və problemsiz gəliş-gedişinə nail olmaqdır. İran Azərbaycanla Türkiyənin, ABŞ-ın münasibətlərində müşahidə olunan problemlərdən öz xeyrinə istifadə edib, Azərbaycanda daha da dərin kök atmaq istəyir”. Keçmiş səfirin fikrincə, İranın öz məqsədləri üçün həyata keçirmək istədiyi viza rejiminin ləğvindən Azərbaycan öz xeyrinə istifadə etməlidir: “Viza rejiminin ləğvinə tərəfdar olmalıyıq. Çünki viza probleminin aradan qalxması Cənubi Azərbaycanla müstəqil Azərbaycan Respublikasının, azərbaycanlıların arasında təması, əlaqələri misli görünməmiş səviyyədə artıra bilər. Azərbaycan dövləti, ziyalıları, iş adamları, viza rejiminin yoxluğundan cənublu qan qardaşlarımızla bütünləşmək üçün yararlanmalıdırlar”. Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri hesab edir ki, İranın Azərbaycanla viza rejiminin aradan qaldırmaq istəyi regionda sürətlə dəyişən geosiyasi vəziyyətlə bağlıdır. Bu dəyişkənliyin nəticəsində əski güc mərkəzlərinin yenidən şəkillənməsi prosesi gedir: “Əgər əvvəl regionda bir-birini konkret maraqlar çərçivəsində tamamlayan Rusiya-İran-Ermənistan üçbucağı mövcud idisə, indi perspektiv güc təmərküzləşməsi başqa yöndə gedir. ABŞ qlobal təhlükəsizlik planı çərçivəsində birgə fəaliyyətlə bağlı Rusiyanı yanına çəkə bildi. Digər tərəfdən, həmin planın tərkib hissəsi kimi Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsi ilə Ermənistanın həm Rusiya, həm də İran üçün statusu dəyişməyə başladı. Belə olduğu təqdirdə əski müttəfiqlərin İran üçün anlamı da dəyişdi. Buna görə də İranın yeni münasibətlər sistemi üzərində işlədiyi sezilir”. Ekspertin sözlərinə görə, dünya gücləri arasında iki yeni kommunikasiya sistemlərinin yaradılması yönündə razılaşma var ki, İran da bu prosesdən kənarda qalmaq istəmir: “Bu prosesin kilid ölkələrindən biri də Azərbaycandır ki, İran onunla münasibətləri sahmana salmaq istəyir. Çünki İran regionda və dünyada münaqişələrin həlli yönündə bir anlaşma olduğunun və gec-tez bu münaqişələrin həlli olunacağının fərqindədir. İran dostcasına bir jest etməklə son günlər Türkiyə ilə Azərbaycan arasındakı sərinlikdən də yararlanaraq boşluğu doldurmaq istəyindədir. Bu jestin içərisində təbii ki, Azərbaycanla İsrail arasındakı isti münasibətlərin olması da yer alır. İran artıq Azərbaycanı daim təhdid etmək kursunun işə yaramadığını və əksinə, onun düşmənlərinin işinə yaradığını anlayır, yeni davranışla Azərbaycanı özündən küsdürmək deyil, öz orbitinə çəkmək istəyir. Azərbaycan prezidentinin İranla qaz anlaşmasının və Türkiyədən yan keçən ”Cənub dəhlizi" qaz kəmərinin çəkilməsi mümkünlüyündən danışması da İran üçün bir növ qapıların qapanmadığı anlamına gəlir ki, onların viza rejimi təşəbbüsü də bir növ bunlara adekvat hesablanıb".musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar