SON XƏBƏRLƏR

MAQATE müfəttişləri İranın nüvə proqramını yoxlayır

2021.10.20, 07:36
MAQATE müfəttişləri İranın nüvə proqramını yoxlayır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Qərb, İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlik çərçivəsində əldə olunmuş razılaşmaya cavab verməsini gözləyir. Lakin rəsmi Tehran cavab verməkdə tələsmir. İran tərəfi yeni razılaşmaya görə yalnız uran ehtiyatının bir hissəsini xaricdə saflaşdırmaq istəyir. Maqate isə uranın böyük hissəsinin İrandan kənarda saflaşdırılması təklifini irəli sürür. Bu məsələ barədə Tehranda çıxış edən İranın xarici işlər naziri Mənuçöhr Mottaki təkliflə bağlı cavabın tezliklə elan olunacağını bildirib. Qeyd edək ki, İranda uran saflaşdırma prosesinin MAQATE müfəttişləri yoxlamaqda davam edir. Bir neçəgün öncə İrana gəlmiş müfətişlər qumdakı yeni nüvə zavodunda araşdırma aparır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar