SON XƏBƏRLƏR

Pakistana sızmış SEPAH üzvləri həbs olunub

2021.10.20, 07:36
Pakistana sızmış SEPAH üzvləri həbs olunub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, "SEPAH"-ın (İnqilab Keşikçiləri Korpusu) 11 üzvü Pakistanda həbs olunub. Pakistan rəsmilərinin bildirdiyinə görə, "SEPAH" ÜZVLƏRİ sərhədi qanunsuz keçərək Pakistana daxil olublar. oktyabrın 26-da sərhədi keçən "SEPAH" üzvləri qonşu dövlətin ərazisinə səhvən - yerli “Condollah” yaraqlılarını təqib edərkən girdiklərini bildiriblər. Pakistan polisi "SEPAH "üzvlərini Pakistanın İranla sərhəd cənub-qərb bölgəsindəki Maşkel şəhərində saxlayıb.Həbs İranda 6-sı İnqilab Şurasının komandiri olmaqla 57 nəfərin həyatına son qoyan intiharçı hücumundan 8 gün sonraya təsadüf edir. İran rəsmiləri Pakistan təhlükəsizlik agentlərini partlayışın məsuliyyətini öz üzərinə götürən sünni yaraqlı qrup Cundalla ilə əlaqədə günahlandırır. Xatırladaq ki Pakistan hökuməti isə İranın bu iddiasını kəskin rədd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar