SON XƏBƏRLƏR

Ərdoğan Qərbi atdı İranı tutdu

2021.10.20, 07:36
Ərdoğan Qərbi atdı İranı tutdu

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyənin baş naziri Rəcəb Tayyip Erdoğan Qərbi İranla nüvə proqramına görə ədalətsiz rəftar etməkdə təqsidləndirib. Britaniyanın Guardian qəzetinə müsahibəsində Qərbin İranın nüvə silahlı əldə etmək barədə qorxularını "dedi-qodu" kimi təsvir edib. Bu arada, BMT müfəttişləri Qum şəhəri yaxınlığındakı uran zavodunda yoxlamanı davam etdirirlər. Bu zavodun mövcudluğu yaxınlarda məlum olub. Erdoğan Türkiyəyə prezident Əhmədinejad və ali rəhbər Xameneyilə danışıqlara gəlib. Türkiyə lideri iddia edib ki, İrana münasibətdə Qərb ikili standartlar siyasəti yeridir. O bildirib ki, İrana qarşı hərbi aksiya "divanəlik"olardı. Cənab Erdoğan deyib ki, İranın nüvə arsenalına malik olmasına etiraz edən dövlətlərin çoxunda bu silahdan var. "İranın nüvə silahına malik olmasını deməsinə baxmayaraq, onu məzəmmət edənlərin özləri bu silaha malikdirlər." Hazırda beynəlxalq birlik İranın uranı zənginləşdirmə proqramına dair yeni təkliflərə cavabını gözləyirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar