SON XƏBƏRLƏR

Bir daha: “Diktatora ölüm!”, “Rusiyaya ölüm!”, “Yaşasın Musəvi”

2021.10.20, 07:36
Bir daha: “Diktatora ölüm!”, “Rusiyaya ölüm!”, “Yaşasın Musəvi”

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda prezidentliyə keçmiş namizəd Mirhüseyn Musəvinin müşaviri olmuş Əlirza Hüseyni Behişti dünən Tehranda keçirilən 16-cı Beynəlxalq Mətbuat və İnformasiya Agentliklərinin Festival-Sərgisinin keçirildiyi salona gəlib. tədbirdə iştirak etmiş APA-nın əməkdaşının məlumatına görə, Musəvinin tərəfdarları onu alqışlar və şüarlarla qarşılayıblar. Musəvi tərəfdarları “Diktatora ölüm!”, “Rusiyaya ölüm!”, “Yaşasın Musəvi” və digər şüarlar səsləndiriblər. Bunun ardınca isə prezident Mahmud Əhmədinejadın tərəfdarları Musəvinin ünvanına əks şüarlar söyləyib, onu ara qarışdırmaqda, İranda təfriqə salmaqda ittiham ediblər. Hər iki tərəf qarşılıqlı şüarlar səsləndirib. Gərginlik bir müddət davam edib. Qarşıdurma yaranacağından ehtiyat edən təhlükəsizlik qüvvələri Behiştini salondan çıxarıblar. Buna baxmayaraq, tərəflər arasında qarşılıqlı ittihamlar və şüarların səsləndirilməsi davam edib. Qarışıqlıqda bir neçə pavilyon dağılıb. Tərəflər yalnız təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra sakitləşib. Xəsarət alan olmayıb. Qeyd edək ki, oktyabrın 23-də prezidentliyə keçmiş namizəd Mehdi Kərrubinin də sərginin keçirildiyi salona gəlməsi ilə gərginlik yaşanmış, Əhmədinejad tərəfdarları ona hücuma cəhd etmişdilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar