SON XƏBƏRLƏR

DAK Gənclər Təşkilatı “Türk Birliyi yolunda Güney Azərbaycan məsələsi” mövzusunda tədbir keçirib

2021.10.20, 07:36
DAK Gənclər Təşkilatı “Türk Birliyi yolunda Güney Azərbaycan məsələsi” mövzusunda tədbir keçirib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatı “Türk Birliyi yolunda Güney Azərbaycan məsələsi” mövzusunda tədbir keçirdi. Tədbirin məqsədi Türk dünyasının Güney Azərbaycan probleminə baxışını ortaya qoymaq, bu problemin türk birliyinə vurulan zərbə olduğunu insanlara çatdırmaq idi. Tədbirin keçirilmə zamanı Güney Azərbaycanın mücahidlərindən biri, milli hərəkatının tanınmış fəalı Qulamrza Əmaninin şəhadətinin birinci il dönümü ilə üst-üstə düşdüyündən anım mərasimi də keçirildi. Tədbir Dünya Azərbaycan Gənclər Birliyinin sədri, DAK gənclər Təşkilatının sədrliyinə namizəd Seymur Həsənlinin nitqi və şəhidlərin ruhuna bir dəqiqəlik sükutla açıq élan edildi. Seymur Həsənli Türk birliyinin yaranmasında Güney Azərbaycan məsələsinin həllinin vacib olduğunu, bu mübarizənin davam etdirilməsinin gərəkli olduğunu vurğuladı. O Güney məsələsi çözülmədən Türk birliyinin daim çətin durumda qalacağını iştirakçıların diqqətinə çatdıraraq sözü DAK Gənclər Təşkilatının fəalı Hüseyn Günəşliyə verdi. Hüseyn bəy Gənclər Təşkilatının yaxın zamanlarda geniş və sistemli tərkibinin cəmiyyətə elan olunacağını bildirərək, fəaliyyət proqramının da yekunlaşmaq üzrə olduğunu bildirdi. Elə ilk tədbirin mahiyyəti də proqramda əsas hansı məsələlərə yer verildiyinin məlum olduğunu dedi. Söz alan DAK Mətbuat Xidmətinin rəhbəri Əlirza Amanbəyli milli azadlıq hərəkatı yolunda şəhid olmuş Qulamrza Əmaninin keçdiyi həyat və mübarizəsi haqqında geniş məlumat verdi. Bu mübarizə yolunun hər bir gəncə nümunə olduğunu diqqətə çatdırdı. Tədbirdə Türkiyə tərəfdən çıxış edən İqtisad Universitetində Tələbərin başqanı İsmayıl Kavlakoğlu və Bakı Dövlət Universitetində Ülkücülərin başqanı Əmrah Koroğlu Güney Azərbaycan məsələsinin Türk birliyinin həllində açar rolunu oynadığını diqqətə çatdıraraq, son ana qədər bu istiqlala dəstək olacaqlarını bildirdilər. Güney tərəfdən yazar Sayman Aruz və GAMOH (Güney Azərbaycan Milli Oyanış Hərəkatı) Bakı təmsilçisi Ağrı Qaradağlı öz çıxışları ilə yadda qalaraq yürüdülən mübarizənin fars şovinistləri tərəfindən heç bir zaman söndürülə bilməyəcəyini dedilər. Bundan başqa DAK həmsədri Paşa Qəlbinur, Güneyazərbaycanşünas alim Əkrəm Rəhimli, Babaxan Muradov başda olmaqla DAK ağsaqqallar şurasının üzvləri, Dünya xanım Əliyeva başda olmaqla DAK Qadınlar Şurasının üzvləri, DAK Gənclər Təşkilatının fəalları Nərmin Məmmədli, Zümrüd Rzazadə, Yeni Nəfəs Gənclər Hərəkatının fəalı Xətai Savalan və s. müxtəlif məsələlər üzərində öz fikirlərini bildirdilər. Mərasimdə Yeni Nəfəs Gənclər Hərəkatı, Bakı Strateji Araşdırmalar Mərkəzi, Sayokan Döyüş Federasiyası və s. qurumlar rəhbərlik səviyyəsində təmsil olunurdu. Müxtəlif video çarxların göstərilməsi davam edən tədbir gənclərin müzakirələri ilə sona çatdı. Yeni Nəfəs İnformasiya Mərkəzi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar