SON XƏBƏRLƏR

Bağdad qan içində

2021.10.20, 07:36
Bağdad qan içində

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İraqın paytaxtı Bağdadda partlayıcı qurğu quraşdırılmış iki yük maşını ilə törədilən partlayışlar nəticəsində son məlumata görə, 132 nəfər həlak olub, 520 nəfər isə yaralanıb. Polisin verdiyi məlumata əsasən, qısa fasilərlə baş verən intiharçı bomba partlayışlar Yaşıl Zona yaxınlığındakı Ədliyyə Nazirliyi və Yerli hökümət binalarına ciddi zədələyib. Bağdaddan BBC müxbiri Gabriel Gatehausun xəbər verdiyi kimi, partlayışların gücü bir neçə mil məsafədən belə hiss olunurdu. Yerli vaxtla 10.30 radələrində, 2 partlayıcı maddələrlə dolu olan maşın Yaşıl Zona yaxınlığında partladılaraq, göyə sovruldu. Onların hədəfi Ədliyyə Nazirliyi və yerli Hökümətin ofisi idi. Hər iki bina ciddi zədələnib. Yerli polis hadisə yerinin tam xaotik halda olduğunu bildirir və xilasetmə briqadalarının xəsarət alanları qalıqların arasında xilas etməyə çalışdıqlarını məlumat verir. Bu hadisə, iki nazirliyin, Xarici İşlər və Maliyyə Nazirlikləri binalarına zərbə vuran və yüzə yaxın adamı qətlə yetirən 19 Avqust partlayışları ilə oxşarlıq təşkil edir. O zaman İraq höküməti bu hücumlarda xarici qüvvələri, xüsusilə, Suriyanı günahlandırdı və BMT-ni bu məsələni araşdırmağa səsləmişdi. İndi hələ ki, baş berən hücumların arxasında kimin durduğunu demək üçün hələ tezdir. Lakin bu barədə artıq xəbərdarlıqlar edilmişdi ki, İraqın gələn ilin Yanvarında parlament seçkilərinə hazırlaşdığı bir zamanda, qiyamçı və xarici döyüşçülər sabitliyi pozmaq və təriqət nifaqını gücləndirmək məqsədilə hücumlar həyata keçirə bilərlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar