SON XƏBƏRLƏR

Azərbaycan Respublikasının Əhalisi 9 milyona yaxunlaşır

2021.10.20, 07:36
Azərbaycan Respublikasının Əhalisi 9 milyona yaxunlaşır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Bu il oktyabrın 1-nə Azərbaycan Respublikası əhalisinin sayı ilin əvvəlindən 76 min nəfər artaraq 8 milyon 973 min nəfərə çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin 49 faizini kişilər, 51 faizini qadınlar təşkil edir. Hər 1000 nəfər kişiyə 1041 qadın düşür. Cari ilin yanvar-sentyabr aylarında dünyaya gəlmiş 109,5 min körpənin 54,1 faizi oğlan, 45,9 faizi qız uşağıdır. Doğulanların 1196-sı əkiz, 18-i üçəmdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə doğulanların sayı əhalinin hər 1000 nəfərinə hesabı ilə 16,5-dən 16,6-ya qalxıb, ölənlərin sayı 6,1-dən 6-ya enib. Bu dövrdə ölkədə 54,6 min nikah və 5,8 min boşanma qeydə alınıb. Ötən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə düşən nikahın sayı 8,1-dən 8,2-yə yüksəlib. Boşanmaların sayı eyni səviyyədə (0,9) qalıb.ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar