SON XƏBƏRLƏR

Əmaninin Anım Mərasimində bir neçə milli-mədəni fəal ETTELAAT tərəfindən oğurlanıb

2021.10.20, 07:36
Əmaninin Anım Mərasimində bir neçə milli-mədəni fəal ETTELAAT tərəfindən oğurlanıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Urmulu Nəvid Muşkat ( Elşən ), Urmulu Mədinə Qasimi (Ulduz), Salmaslı Məhəmməd Məhəmmədlu ( Atilla ), Urmulu Aydın Təqipur ( Alpər ) və Urmulu Cavad ( Oktay ) Qulamrza Əmaninin ildönümü mərasimində ETTELAAT tərəfindən oğurlanıblar. "Azad tribun" bildirir ki 2009 - cu il oktyabrın 23 - də Qulamrza Əmaninin müəmmalı ölümünün ildönümündə onun anım mərasimi Təbrizin bir neçə yerində, o cümlədən, Taliqani və Əkbəriyyə məscidlərində və şəhidin məzarı üstündə milli fəalların vasitəsi ilə keçirilib. bu mərasimlərə çoxlu sayda ETTELAAT məmurları sızıb. Mərasimə toplaşanların filmi və şəkli çəkilib, bəzilərindən birbaşa, mərasimdə sorğu - sual edilib. Bu vasitə ilə çalışıblar normal formada mərasimin keçirilməsinə əngəl törətsinlər. Amma mərasimlərdə iştirak edənlərin ayıqlığı və birlik ruhiyyəsi buna imkan verməyib. Ancaq mərasimlər sona çatdıqdan sonra bəlli olub ki Urmu və Salmasdan mərasimə qatılan bir neçə milli fəal, ETTELAAT məmurları tərəfindən oğurlanıb və naməlum yerə aparılıb. Güney Azərbaycanda yaşayan milli fəallarımız xaricdə yaşayan soydaşlarımızdan xahiş edirlər, bu vəhşi xəbəri dünya ictimaiyyətinə və insan haqlarını müdafiə edən beynəlxalq təşkilatlara çatdırsınlar. Bəlkə, bu vasitə ilə İranın irqçi rejimi məcbur olub yurddaşlarımızı azadlığa buraxsın.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar