SON XƏBƏRLƏR

İranda dövlət çevrilişi ola bilər

2021.10.20, 07:36
İranda dövlət çevrilişi ola bilər

Gunaz.tv
Mühafizəkarlar inqilabı bu yolla önləməyə çalışırlar Ötən şənbə Bəlucistanın Sərbaz şəhərində baş vermiş partlayışdan sonra İranda vəziyyət gərinləşib. Partlayışlarla bağlı bir neçə versiya vardı. Onlardan biri bu idi ki, hadisənin ölkədə vəziyyəti qarışdırmaq istəyən müxalifət törədib. İran müxalifəti rejimə müxalif terror təşkilatları ilə anlaşıb, Qərbdən maliyyə dəstəyi alaraq bu hadisə hazırlayıblar. Amma bu versiya hadisənin təffərrüatlar açılan kimi təkzib olundu. Bəllidir ki, Sərbazda keçirilən toplantıda SEPAH və Bəsic generalları öldürülmüşdü. Öldürülən generalların prezident seçkiləri zamanı müxalifətə dəstək verdiyi bəlli olub. Öldürülən quru qoşunlarının komandanı isə birbaşa Mirhüseyn Musəvi ilə münasibətdə olan fiqur olub. Bununla terror hadisəsində Qərbirn və ya müxalifətin əlinin olması barədə versiyanın əsası yoxdur. İranı terrorla dəyişdirməyin çətin olduğunu bilən Qərb də bu yola əl atmaz, para xərcləməz. Ağla gələn tək versiya hadisənin rejimin özü tərəfindən törədilməsidir. Bəs bu kimi hadisələr rejimin nəyinə lazımdırğ Axı Xamneyi-Əhmədinejad cütlüyü yaxşı bilir ki, 70 milyonluq İranda onları sevməyən təkcə öldürülən generallar deyildi. İranda hazırkı rejimi istəməyən milyonlarla insan var. Dövlət strukturlarında, orduda, təhlükəsizlik qüvvələrində çalışan xeyli insan rejimin dəyişməsini istəyir. Əhmədinejad hökuməti Stalin repressiyasına əl ata bilməz. Lap atsa belə, bu qədər insanı öldürmək, partlatmaq mümkün deyil. Rejimin niyyəti başqadır. Müxalifətin inqilab planı hazırdır Güney Azərbaycandan gəlmiş məlumatlı şəxs son hadisələrlə bağlı maraqlı açıqlama verib. Güneyli fəal bildirir ki, İranda hamı bu hakimiyyətin keçəri olacağına inanır: "Heç kim Əhmədinejadın prezidentlik müddətini bitirəcəyinə inanmır. Müxalifətin səssiz durmasına baxmayın, inqilab ssenarisi hazırdır, müxalifət liderləri əlverişli zamanın yetişəcəyini gözləyirlər. Ola bilsin ki, gələn ilin yayı ssenari işə düşsün". Maraqlıdır ki, İranı müxalifəti Quzeydə düşünülən kimi heç də hazırkı hakimiyyətin yerinə keçmək istəmirlər. Söhbət molla rejiminin ləğvindən gedir. Rəfsəncani heç də dini lider olmaq istəmir. Onun niyyəti Çin modelinə uyğun olaraq Dövlət Şurası yaratmaq və onun başına keçməkdir. Müxalifətin niyyəti ali dini rəhbər və prezident postunu ləğv edib, yeni stturkturlar yaratmaqdır. Yeni modelə uyğun olaraq dini rəhbəri Dövlət Şurasının sədri əvəz edəcək, hökumətə isə prezident deyil Nazirlər Şurasının sədri (baş nazir) rəhbərlik edəcək. Musəvinin planında dünyəvi modelə keçid də var. Amma yəqin ki, İran kimi mühafizəkar bir ölkədə bunu ilk vaxtlar həyata keçirmək mümkün olmayacaq. Rejim İranı cəhənnəmə döndərməyə hazırlaşır Bütün bunlar müxalifətin planıdır. Müxalifətdən fərqli olaraq əlində inzibati resurslar, silahlı qüvvələr olan hakimiyyət də hazırlaşır. Daha dəqiqi, inqilabı önləmə planına artıq başlanıb. Sərbazdakı partlayış ilk atəş idi. Bu, həm də molla rejiminin ismarıcı idi. "Atılan hər addıma, bu şəkildə cavab veriləcək, siyasi rəqiblər bu yollar sıradan çıxarılacaq". Amma rejiminin əməlləri bununla bitmədi. Mənbə bildirir ki, Xamneyi-Əhmədinejad rejimi daha müdhiş, daha çirkin bir plan hazırlayırlar. Planda məqsəd siyasi müxalifəti bir dəfəlik sıradan çıxarmaq, mühacirətə göndərməkdir. "Müxalifət açılımı" planına əsasən, ölkədə bir neçə yerdə, əsasən iri şəhərlərdə böyük partlayışlar törədiləcək, bunu ardınca isə rejimini ideoloji diversiyası başlanacaq. Cümə xütbəsində Xamneyi özünü "imam zaman" elan edərək hamını ciahada çağıracaq. Ölkədə fövqəladə vəziyyət rejimi tətbiq olunacaq, "qərbin casusu" adı ilə bütün narazılar sıradan çıxarılacaq. Mirhüseyn Musəvi, Məhəmməd Xatəmi, Əli Əkbər Haşimi-Rəfsəncani və başqa fəal müxalifət liderləri ölkədən çıxarılacaq. Plana partlayışlarla başlamaq istəyən molla rejimi bununla ölkədə kütləvi psixoz yaratmaq, xalqın gözünü qırmaq istəyir. Amma güneyli ekspert bu planın həyata keçməsinə, daha dəqiqi uğurla başa çatmasına inanmır. "Xamneyi rejimi bu partlayışları törədə, İranı cəhənnəmə çevirə bilər. Amma bundan sonrası rejim üçün heç də uğurlu sonucu bitməz. Biz neçə inqilablardan keçmiişik. Kütlə idarəolunmaz toplumdur. Nə bilmək olar, bəlkə kütləvi psixoz elə rejimin əleyhinə işlədi". Göründüyü kimi məntiqlə heç bir ağıllı hakimiyyət bu cür müdhiş plana qol qoymaz. Amma iki aydan bir özünü "imam", "xilaskar" elan edən, dünya dövlətlərinə meydan oxuyan Xamneyi, Əhmədinejad kimilərindən hər şey gözləmək olar.Aslan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar