SON XƏBƏRLƏR

Höccətülislam Kazım Sədiqi də humanitar elmlərə qarşı çıxdı

2021.10.20, 07:36
Höccətülislam Kazım Sədiqi də humanitar elmlərə qarşı çıxdı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Oktyabrın 23-də Tehran cümə namazına rəhbərlik edən höccətülislam Kazım Sədiqi universitetlərin sürətlə islamlaşdırılmasının vacibliyini vurğulayaraq ali təhsil ocaqlarında tədris olunan humanitar elmlərə qarşı çıxdığını bildirib. Kazım Sədiqi humanitar elmlər dərsliklərində əsaslı dəyişikliklər edilməsini, onların islam ehkamlarına uyğunlaşdırılmasını vacib saydığını bildirib: “Hazırda ölkəmizdə tədris olunan humanitar elmləri sahəsinin əksər şaxələri Qərbdən bizə gəlib çatıb. Ali təhsil ocaqlarımızda tədrislə məşğul olan müəllimlərimizin əksəriyyəti də həmin elmlərin təsiri altında yetişdirilib, formalaşdırılıb. Bu isə bizim cəmiyyətimizə uyğun deyil. Bəzi müəllimlər islam ehkamlarından söz düşəndə ona qarşı çıxır, öz nadanlıqlarını nümayiş etdirirlər. Bundan əvvəl onlar qisas hökmünə də qarşı çıxmışdılar. Elə buna görə də inqilabın ilk illərində universitetlərdə aparılan təmizlik yenidən aparılmalıdır. İnsan bəzən düşmənlərindən qorxduğu kimi universitetlərdən də qorxmalıdır”. Avqustun 30-da universitet rəhbərləri, rektorlar və ali təhsil ocaqlarının bir qrup müəllimi ilə görüşən İranın dini rəhbəri ayətullah Əli Xamneyi ölkədə 2 milyon tələbənin humanitar elmlər sahəsində təhsil almasını kəskin tənqid etmişdi. Dini rəhbər bunun tələbələrin islam etiqadına ziyan vuracağını söyləmişdi: “Bu məsələ narahatlığa səbəb olur. Universitetlərdə humanitar elmlərin tədris olunması dini etiqad və inam əsaslarını şübhə altına alaraq şəkk və tərəddüdün yayılmasına gətirib çıxaracaq”. Xamneyi humanitar elmlərin Qərb fəlsəfələrinə söykəndiyini bildirmişdi: “Humanitar elmlərin əksər sahələri Qərbin materialist fəlsəfələri üzərində qurulub. Bunlar islam etiqad və əqidəsinə ziddir. Bu fəlsəfələr Allah və islam təlimlərinə qarşı inamsızlığa səbəb olur”.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar