SON XƏBƏRLƏR

Əhmədinejadla Kərrubinin tərəfdarları yenidən toqquşdu

2021.10.20, 07:36
Əhmədinejadla Kərrubinin tərəfdarları yenidən toqquşdu

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəziin əldə etdiyi məlumata görə, İranın parlamentinin sabiq spikeri, keçmiş prezidentliyinə namizəd Mehdi Kərrubi Tehranda keçirilən XVI Beynəlxalq Mətbuat və Xəbər Agentlikləri Festivalı və Sərgisinə tamaşa etmək üçün tədbir keçirilən zala gəlib. sərgidə iştirak edən APA əməkdaşının verdiyi məlumata əsasən , Mehdi Kərrubini sərgidə onun tərəfdarları və müxalif olan qruplar qarşılayıb. Keçmiş prezidentliyə namizədin tərəfdarları Kərrubini coşqu ilə qarşılayaraq seçkilərlə bağlı şüarlar səsləndiriblər. Kərrubi tərəfdarları "Diktatora ölüm!", "Rusiyaya ölüm!", Yaşasın Müsəvi və Kərrubi!", "Biz səni himayə edirik!" kimi şüarlar səsləndiriblər. Bu şüarlara qarşı etiraz edən prezident Mahmud Əhmədinejadın tərəfdarları isə Kərrubinin əleyhinə şüarlar səsləndiriblər. Nəticədə Kərrubi və Əhmədinejad tərəfdarları arasında münaqişə yaranıb. Əhmədinejadın tərəfdarları Kərrubiyə hücum etmək istəyiblər. Qarışıqlıq zamanı sərgidə bir neçə pavilyon dağıdılıb. Təhlükəsizlik xidməti əməkdaşlarının müdaxiləsi nəticəsində Kərrubi sərgi salonundan uzaqlaşdırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar